“Embafinans” 2018-də böyük artımlar qeyd edir – MƏNFƏƏTİ 5 DƏFƏ ARTIB
2018-ci ildə də Bank olmayan kredit təşkilatı “Embafinans” MMC böyüməkdə davam edərək bazardakı mövqeyini möhkəmləndirir. Kredit təşkilatının aktivləri, kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb.
GƏLİRLƏRİ ARTIB
“Marja” xəbər verir ki, “Embafinans”ın faiz gəlirləri 2018-ci ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq 3 milyon 975 min manat təşkil edib. BOKT ötən ilin eyni dövründə 3 milyon 88 min manat faiz gəliri əldə etmişdi.
Müqayisə olunan dövrdə, “Embafinans”ın haqq və komissiya gəlirləri isə 69% arataraq 576 min 417 manatdan 975 min 841 manata qalxıb.
QAZANCI 5 DƏFƏYƏ YAXIN ARTIB
"Embafinans" MMC-nin mənfəəti 2018-ci ilin yanvar-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə artaraq 1 milyon 789 min manat təşkil edib.Təşkilat 2017-ci ilin yanvar-sentyabr dövründə 388 min 222 manat mənfəət əldə etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR DƏ ARTIB
“Embafinans”ın aktivlərində də artım müşahidə edilir. Kredit portfelinin 18% artmasının təsiri ilə cəmi aktivlər 12% artaraq 22 milyon 838 min manatdan 25 milyon 559 min manata yüksəlib. Təşkilatın kredit portfeli isə 30 Sentyabr 2018-ci il tarixində 19 milyon 49 min manata çatıb. Ötən ilin Sentayrında bu məbləğ 16 milyon 110 min manat idi. İllik müqayisədə “Embafinans”ın məcmu kapitalı 8% artaraq 14 milyon 683 min manata yüksəlib.
PORTFELİN KEYFİYYƏTİ
“Embafinans” MMC-nin gecikmiş kreditlərinin kredit portfelinə nisbəti 4.9%-dir. Ötən ilin eyni dövrü ilə müqayisədə gecikmiş kredit nisbəti daha da aşağı düşüb. Belə ki ötən il bu göstərici 5.3% idi.
https://www.facebook.com/embafinans/
https://www.instagram.com/embafinans/
Müqayisəli maliyyə göstəriciləri (2017 və 2018-ci illərin ilk 9 ayı ərzində) | |||
2017 (9 ay) | 2018 (9 ay) | ||
MALİYYƏ NƏTİCƏLƏRİ: | |||
Faiz gəlirləri | 3 088 253 | 3 975 006 | 129% |
Faiz xərcləri | - 842 117 | - 905 917 | 108% |
Xalis faiz gəliri | 2 246 136 | 3 069 089 | 137% |
Haqq və komissiya gəlirləri | 576 417 | 975 841 | 169% |
Haqq və komissiya xərcləri | - 204 599 | - 240 188 | 117% |
Xalis əməliyyat gəliri | 2 617 955 | 3 804 742 | 145% |
İnzibati və digər əməliyyat xərcləri | - 2 229 733 | - 2 016 085 | 90% |
Vergidən əvvəlki mənfəət | 388 222 | 1 788 657 | |
Mənfəət vergisi xərci | - 77 644 | - 357 731 | |
Xalis mənfəət | 310 577,48 | 1 430 926 | 461% |
BALANS GÖSTƏRİCİLƏRİ: | |||
Aktivlər | 22 836 780 | 25 558 538 | 112% |
Kredit portfeli | 16 109 954 | 19 049 812 | 118% |
Məcmu kapital | 13 539 999 | 14 683 801 | 108% |
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 14 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
22 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)












