Bakıda Qara dəniz regionunun iş adamları üçün biznes forum keçiriləcək
Noyabrın 2-də Bakıda Qara dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr olunmuş beynəlxalq biznes forum keçiriləcək. Bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASTMK) məlumat verilib.
Tədbirin təşkilatçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Biznes Şurasında sədrlik edən ASTMK-dır.
Forumun iştirakçıları Azərbaycanın real investisiya imkanları ilə tanış olacaqlar, onlar üçün iş adamları arasında əməkdaşlığın gücləndirilməsi məqsədi ilə В2В formatında görüşlər təşkil ediləcək.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci ilin iyun ayında yaradılıb. Təşkilatın üzvləri Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynadır.
1 iyul 2018-ci il tarixindən etibarən ASTMK 6 ay müddətində QDİƏT-in Biznes Şurasında sədrlik edir.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
6 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
6 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
10 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb






















