Bakı metropoliteni tarixində ilk

"Bakı Metropoliteni"ndə hərəkət qatarlarının maşinisti peşəsi üzrə iyul ayının 16-da elan etdiyi namizədlərin seçim prosesi başa çatıb.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, seçim mərhələlərinə qatılmaq üçün metropolitenini rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olub. Onlardan 339-u əvvəlcədən elan edilmiş əsas tələblərin şərtlərinə uyğun gəlməyib.
İlk seçim mərhələsinə 170 nəfər dəvət edilib. Onlardan 127 nəfəri müsahibə mərhələsində iştirak edib.
Qeyd edək ki, seçimin ilk mərhələsində iddiaçıların ümumi və texniki biliklərinin səviyyəsi, dünyagörüşü, həmçinin maşinist peşəsi ilə bağlı məlumatlılığı, ümumi psixoloji durumu yoxlanılıb. Mərhələnin yekunlarını araşdıran mütəxəssislərdən ibarət komissiya 31 nəfəri əsas seçim meyarlarına uyğun sayıb.
Seçimin ikinci mərhələsində 31 nəfərdən 28-i iştirak edib. 3 nəfər şəxsi istəyinə uyğun olaraq ikinci tura qatılmayıb. Peşəkar mütəxəssislər tərəfindən aparılan psixoloji test mərhələsində 22 nəfərin əsas seçim standartlarına tam cavab verdiyi müəyyən olunub.
Seçimin üçüncü mərhələsi olan tibbi yoxlamalarda iştirak etməkdən 3 nəfər imtina edib, 19 nəfər isə peşə seçiminin bütün mərhələlərini uğurla keçsə də, sonradan bütün mərhələləri uğurla keçmiş daha iki nəfər öz istəyi ilə təlim-tədris prosesinə qatılmayıb.
Bütün mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 17 iddiaçı iştirak edəcək. Onlardan biri qadındır.
"Bakı Metropoliteni" QSC gender bərabərliyi prinsipini əsas götürərək paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə imkan yaradıb. Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək, təlim-tədris prosesinə qatılıb.
Ümumiyyətlə, "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra kadrların hazırlanması və ixtisasının artırılması, peşə hazırlığının yüksəldilməsi sahəsində mühüm tarixi yeniliklər həyata keçirilib. Maşinist peşəsi üzrə elan edilmiş bu seçim prosesi metropoliten tarixində kadr hazırlığına gətirilmiş daha bir yeni münasibət, fərqli yanaşma tərzi, novator yenilik nümunəsidir. Səhmdar cəmiyyətin rəhbərliyi müasir texnologiyaların, ələlxüsus informasiya-kommunkasiya texnologiyalarının vaqon istehsalı sahəsinə gətirdiyi yeni düşüncə tərzinə uyğun olaraq, bu addımı ilə qabaqcıl dünya təcrübəsini metropolitenin daha bir sahəsində tətbiq etməyə başlayır. Məhz bu səbəbdən maşinist peşəsinə yiyələnmək yeni dövrün tələblərinə uyğunlaşdırılır. Bu novator ideya, ilk növbədə, maşinist peşəsinə yiyələnmək istəyənlərin qarşısındakı sədləri, tarixən formalaşmış və günün nəbzini tutmayan süni maneələri aradan qaldırmaqla yanaşı, daha geniş ixtisaslı kadr ordusuna meydan açır.
Buna qədər qatar maşinisti olmaq üçün müvafiq peşə təhsili almaq, daha sonra metropolitendə işə düzələrək lokomotiv təsərrüfatı sahəsində, ən azı, bir il çilingər işləmək, daha sonra müvafiq kurslarda bilikləri artırmaq, imtahan vermək tələb olunurdusa, indi bu qaydalara tamamilə yeni baxış gətirilir.
Dünya təcrübəsinin örnəkləri əsasında təşkil edilən təlim-tədris prosesi 5-6 ay müddətinə nəzərdə tutulub. Peşə üzrə hazırlıq prosesinin iştirakçıları hər iş günü ərzində müxtəlif nəzəri, praktik təlimlərdə iştirak edərək, həm metropoliten infrastruktunu öyrənəcək, qatarların idarə edilməsi, vəzifə və texniki istismar təlimatlarının mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və maşinist peşəsi üçün vacib olan digər vacib tədris proqramını əhatə edən kurslarda iştirak edəcək. Təlimlərin hər mərhələsində imtahanlar təşkil ediləcək və müvafiq hazırlıq səviyyəsinin tələblərinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.
Əlavə edək ki, tədris prosesinin iştirakçılarına "Bakı Metropoliteni" QSC-nin təqaüdü veriləcək.
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
- 26 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 31 d. əvvəl
-
36 d. əvvəl
DSMF-nin gəlirləri 307 milyon manat, xərcləri 405 milyon manat daha çox olub
-
49 d. əvvəl
Dollar dəyər itirməyə davam edir - QLOBAL BİRJALARDA SON VƏZİYYƏT
-
51 d. əvvəl
Azərbaycanla Çinin Ningbo limanı arasında əməkdaşlıq üçün işçi qrupu yaradılacaq
-
1 saat əvvəl
8 ayda dövlət büdcəsindən 202 milyon manatdan çox vəsait geri qaytarılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda BYD-lərin sayı 4 dəfə, Changan-ların sayı 2 dəfəyə yaxın artıb
-
1 saat əvvəl
22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

BOKT-a 15 faizlə 4 milyon 750 min manat pul lazımdır

Cari ildə 320 minə yaxın ASAN İmza sertifikatı verilib

“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb
Ən çox oxunanlar

22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib

Azərbaycanda ən çox sürülən avtomobillər - YENİ SİYAHI

Azərbaycan neftinin son qiyməti

3 il ərzində Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 10 min ədədi keçib

Rəsmi məzənnələr açıqlandı

Qızılın qiymətində yeni rekord - DAHA DA BAHALAŞACAĞI BİLDİRİLİR

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

Azərbaycanda hər 100 ailəyə 65 şəxsi minik avtomobili düşür
