"İlk istiqrazlarımız gələn həftə yerləşdiriləcək"
Bank Olmayan Kredit Təşkilatı "Embafinans" MMC-nin ilk istiqraz buraxılışı üzrə ticarətin gələn həftə ərzində keçirilməsi nəzərdə tutulur.
Bunu “Marja”ya “BOKT Embafinans” MMC-nin Baş maliyyə meneceri, İdarə Heyətinin üzvü Elnur Kazımov bildirib.
“"Embafinans" ilk dəfə istiqraz emissiya edib. 8-12 Oktyabr iş həftəsi ərzində istiqrazların ilk tranşının yerləşdirilməsi nəzərdə tutulur. İstiqrazlar Bakı Fond Birjasında keçiriləcək hərrac vasitəsilə fiziki və hüquqi şəxlərə təklif olunacaqdır”.
Elnur Kazımov bildirdi ki, yerləşdirmə üzrə anderrayterdən (“AzFinance İŞ” QSC) aldıqları məlumata görə, istiqrazlara maraq böyükdür.
“Embafinans”ın Baş maliyyə meneceri əlavə etdi ki, bazarda 1 illik istiqrazlara təlabat var, investorlar daha uzunmüddətli qiymətli kağızlara maraq göstərmirlər: “Bu səbəbdən biz də 1 illik istiqraz buraxmağa qərar verdik”.
Elnur Kazımov bildirdi ki, istiqraz vasitəsilə vəsait cəlb etmək bankdan kredit almaqdan daha sərfəlidir: "Hazırda banklararası bazarda kredit faizi 10%-dən xeyli yüksəkdir. Bizim istiqrazlar üzrə illik faiz dərəcəsi 10,5% təşkil edir. Bu faiz bizim üçün sərfəlidir”.
Elnur Kazımov bildirdi ki, 4 milyon manatlıq istiqraz 2 tranşda yerləşdiriləcəkdir. İlk tranş növbəti həftə ərzində, ikinci tranşın isə 2018-ci ilin sonunadək yerləşdirilməsi nəzərdə tutulur.
Xəbər verdiyimiz kimi, Bank Olmayan Kredit Təşkilatı "Embafinans" MMC bu ilin mayında hər birinin nominal dəyəri 1000 manat olan 4000 ədəd faizli, təminatsız, sənədsiz adlı istiqraz buraxıb (4 milyon manatlıq). Buraxılışın Baza Emissiya Prospektində bildirilir ki, bir illik istiqrazlar üzrə illik faiz dərəcəsi 10,5% təşkil edir. İstiqrazlar üzrə faizlər hər bir aydan bir ödəniləcəkdir. Emitent tərəfindən istiqrazların geri alınması nəzərdə tutulmamışdır. İstiqrazlar həm hüquqi, həm də fiziki şəxslər tərəfindən əldə edilə bilər.
İstiqrazlar tranşla yerləşdiriləcəkdir. Hər tranşın məbləği 2 milyon manatdan artıq olmamalıdır.
3 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin 2 milyon manatlıq qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir.
İlk tranşda“BOKT Embafinans”ın hər birinin nominal dəyəri 1000 manat olan 2000 ədəd faizli təmin edilməmiş istiqrazları ticarətə buraxılacaqdır.
İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.
İSTİQRAZ BURAXILIŞININ SƏBƏBİ
İstiqraz təklifinin səbəbi “BOKT Embafinans”ın kreditləşməni artırmaq istəməsidir:
“Kredit məhsullarına tələbin artması fonunda, istiqraz buraxmaqla daha sərfəli şərtlə vəsait cəlb edib, əhalinin kredit tələblərini təmin etməyi nəzərdə tuturuq. İlk tranşda əldə edəcəyimiz vəsaiti yerləşdirdikcə növbəti tranş elan ediləcəkdir. Bu da faiz xərclərinin tənzimlənməsinə müsbət təsir göstərəcəkdir. Biz bazarda öz mövqeyimizi qoruyub daha da artırmaq niyyətindəyik”.
150 MİN MÜŞTƏRİYƏ 160 MİLYON MANAT KREDİT
“Embafinans” MMC mebel və məişət avadanlıqları bazarında lider olan partnyor təşkilatların mallarının satışını kreditləşdirir. “Embafinans” 2012-ci ildən bəri 150 minə yaxın müştəriyə xidmət göstərmiş, 160 milyon manata yaxın kredit vermişdir. Verilmiş kredilərin cəmi 0,5%-dən az hissəsi gecikmiş statusu almış kreditlərdir.
BU İL MƏNFƏƏTİ 6 DƏFƏYƏ YAXIN ARTIB
“Embafinans” son 3 ili mənfəətlə fəaliyyət göstərib. Şirkət 2015-ci ildə 119,5 min manat, 2016-cı ildə 1 milyon 332 min manat, 2017-ci ildə isə 706,8 min manat xalis mənfəət əldə edib. "Embafinans" MMC-nin xalis mənfəəti 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfəyə yaxın artaraq 782 min 940 manat təşkil edib.
Daha ətraflı Baza Emissiya Prospektində oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
38 d. əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
2 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)






.jpg)
