Qeyri-formal məşğulluğa qarşı tədbirlər açıqlandı
Xəbər verdiyimiz kimi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı təsdiq edilib.
“Marja” Proqrama istinadən xəbər verir ki, görüləcək tədbirlərdən biri sosial müdafiə sisteminin gücləndirilməsi üçün qeyri-formal məşğulluğun azaldılması istiqamətində tədbirlərin görülməsidir
Proqramda qeyd edilir ki, dövlət sektorunda əməkhaqları kartla ödənilsə də, özəl sektorda nağd əməkhaqqı ödənişlərinin payı yüksəkdir. “Mastercard” beynəlxalq kart təşkilatı tərəfindən 2017-ci ilə Bakı və ölkənin 9 regionunda istehlakçılar və biznes subyektləri arasında keçirilmiş sorğunun nəticələri göstərir ki, işəgötürənlərin 67 faizi işçilərinin 57 faizinə əməkhaqqını nağd ödəyir. Qeyriformal məşğulluğa qarşı tədbirlər daha da artırılmalı, gələcəkdə dövlətin sosial yükünü ağırlaşdıran və əhalinin əmək pensiyası təminatında çətinliklər yaradan hallar araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Bu istiqamət üzrə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
Tədbirlər
1.Əməkhaqlarının rəsmiləşdirilməsinə işəgötürənlərin və işçilərin həvəsləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi:
İşəgötürənləri və işçiləri əməkhaqların rəsmiləşdirilməsinə həvəsləndirmək üçün ölkədə tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində iş aparılacaqdır.
2.Qeyri-formal məşğulluğun yüksək olduğu sektorlarda əmək müqaviləsi qeydiyyata alınmamış işçi sayının azaldılması üçün “minimum əmək” standartlarının yaradılmasının nəzərdən keçirilməsi:
Qeyri-formal məşğulluğun yüksək olduğu sektorlarda (ilk növbədə, tikintidə), beynəlxalq təcrübə nəzərə alınmaqla, “minimum əmək” standartları tətbiq edilməsinin məqsədəmüvafiqliyi nəzərdən keçiriləcəkdir. Bu standartlarda konkret işlər üçün mövcud bazar şərtlərinə görə minimal əməkhaqqı, işin keyfiyyəti, istifadə edilən texnologiyalar müvafiq dövlət institutlarının rəyi nəzərə alınmaqla müəyyən ediləcəkdir.
3.Riskəsaslı audit mexanizmlərinin yaradılması imkanlarının nəzərdən keçirilməsi:
Sosial müdafiə tədbirlərinin ünvanlılığının və effektivliyinin artırılması üçün əsas risk göstəricilərinin monitorinqi və təhlili 34 sisteminin qurulması, risklərə nəzarət sistemlərinin təkmilləşdirilməsi nəzərdən keçiriləcəkdir
4. Pensiya və digər sosial təminat hüquqlarının reallaşdırılması üçün əmək müqaviləsinin bağlanmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılmasının gücləndirilməsi:
Pensiya və digər sosial təminat hüquqlarının reallaşdırılması üçün əmək müqaviləsinin bağlanmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılmasının gücləndirilməsi üçün müxtəlif tədbirlər (o cümlədən marketinq kampaniyaları) həyata keçiriləcək, həmçinin məktəblərdə gənclərin maarifləndirilməsi üzrə işlər aparılacaqdır.
Dövlət Proqamı ilə ƏTRAFLI BURADAN tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
NATO: Türkiyəyə buraxılan İran raketi vurulub, üzvlərimizi müdafiə edəcəyik
- 11 saat əvvəl
-
11 saat əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
11 saat əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
11 saat əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
Azərbaycanın şirkətlər qrupunun Daşkənddə ofisi açıldı
Ən çox oxunanlar
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir























