Kommersiya təşkilatlarında praktik mühasibatlıq - TƏLİM
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat sahəsində karyeralarını qurmaq istəyən şəxsləri " Kommersiya təşkilatlarında Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları əsasında praktik mühasibatlıq" təlimlərə dəvət edir.
Təlim keçiriləcək yer:
Heydər Əliyev prospekti 10 (köhnə 50), Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 404 81 59; (012) 404 81 50
E-poçt ünvanı: [email protected]; [email protected]
Tədris dili: Azərbaycan
Təlimin məzmunu haqqında ümumi məlumat:
Kommersiya təşkilatlarında Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları əsasında praktik mühasibatlıq normativ hüquqi aktların tələblərinə uyğun olaraq sıfırdan mühasibatlığın öyrədilməsi üçün nəzərdə tutulmuşdur. Bu təlim MHBS-a (IFRS) əsaslanaraq iştirakılarda mühasibat uçotu standartlarının anlayışı və tətbiqi, həmçinin nəzəri, normativ baza qrupların və ayrı-ayrı şəxslərin maliyyə hesabatlarını hazırlaması sahəsi üzrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Eyni zamandabu təlimdəmaliyyə hesabatlarının necə analiz olunmasını və interpretasiya edilməsini öyrənəcəksiniz. Proqram hər bir MUBS-ü (IAS) açıqlanması və mövzu üzrə müqayisəli olaraq keçiriləcək, həmçinin həm nəzəri və həmdə praktiki hissələr birlikdə vəhdət olaraq öyrədiləcək. Burada kassa və bank əməliyyatları, maliyyə hesabatları,mövcud müəssiə üzrə vergiyə dair hesabatların BTP proqramı vasitəsilə hazırlanması və göndərilməsi, DSMF hesabatlarının B1 və B3 proqramı vasitəsilə hazırlanması və göndərilməsi, statistik hesabatların onlayn (online) hazırlanması və təqdim edilməsi qaydaları tədris olunacaqdır. Qeyd olunanlarla yanaşı təlim müddətində kommersiya təşkilatlarında baş vermiş təsərrüfat əməliyyatlarının memorial orderlərdə müxabirləşmələrlə əks etdirilməsi, yığım cədvəlinin hazırlanması, baş kitabların tərtibi və dövriyyə cədvəllərinin qurulması dinləyicilərə mənimsədiləcəkdir. Tədris materialları ödənişə daxildir.
Təlim kimlər üçün hazırlanıb?
Təlim proqramı karyerasını maliyyə və mühasibatlıq sahəsində qurmaq istəyən, bu sahələr üzrə mütəxəssis kimi çalışmaq istəyən xüsus iixtisaslaşdırılmış və ali məktəblərin tələbə və məzunları, çalışmağa yeni başlamış və yaxud bu sahədə təcrübəsi kifayət qədər olmayan, ixtisasını təkmilləşdirmək arzusunda olan dinləyicilər üçün nəzərdə tutulub.
Tələb olunan ilkin biliklər:
Təhsillə bağlı heç bir tələb yoxdur. İlkin iqtisadi biliyin olması tövsiyə edilir.
Təlimin davametmə müddəti və təşkili:
Təlim müddəti 12 həftə, ümumi tədris yükü 50 saatdır. Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır.
Təlimin hədəfi:
-Müəssisələrdə maliyyə - mühasibat uçotunun qurulması qaydaları ilə tanış olmaq
-Gündəlik iqtisadi əməliyyatların mühasibat uçotu sistemində əks etdirilməsi
-Sərbəst maliyyə, vergi, DSMF və statistik hesabatlarının tərtib edilməsi.
Təlim iştirakçılarının sayı:
10 nəfərədək
Təhsil siyasətimiz:
Təlimləri müvəffəqiyyətlə bitirmiş hər bir dinləyicinin bizi təmsil edəcəyini və bizim simamız olacağını düşünərək məsuliyyətimizi dərk edirik.Bu səbəbdən yüksək səviyyəlli xidmət və peşəkar tədrisin köməyi ilə müştərimizə məqsədlərinə çatmaqda birbaşa kömək olmaq əsas məqsədimizdir.
Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.
Bizi fərqləndirən əsas cəhətləri
-Peşəkar idarəçilik və təlimçilər komandası
-Müasir bilik standartlarının tətbiqi
-Hərbirdinləyiciyəfərdiyanaşmametodikası
-Sizi ilk növbədə sertifikatla deyil, bilik və bacarıqla təmin etmək
-Təlimlərdən sonra da hər zaman dəstək olmaq
Təlimin başlama tarixi: 18 fevral 2017-ci il
Dərs günləri: Şənbə və ya həftə içi
Vaxt:
Şənbə günləri: 10:00 – 13.30 və ya 14.00-17.30
Həftə içi: 19.00 - 21.00.
Təlimin vaxtı dinləyicilərin ümumi razılığı ilə dəyişdirilə bilər.
Tədris dili: Azərbaycan dili
Təlimin müddəti(saat): 64 saat
Təlimin ümumi qiyməti – 500 AZN
* Sayı birdən çox korporativ müştərilər və tələbələr üçün xüsusi endirimlər mövcuddur.
Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz:
https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/
Yekunda dinləyicinin nəticələrindən asılı olaraq müvəffəqiyyət və ya dinləyici sertifikatı təqdim ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 59 san. əvvəl
-
- 11 d. əvvəl
-
33 d. əvvəl
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
- 36 d. əvvəl
- 42 d. əvvəl
-
58 d. əvvəl
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
AccessBank dörd nominasiya üzrə qalib oldu!
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma
Taksilərin icbari sığorta xərcləri yeni qaydada hesablanacaq
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
















