Azərbaycanda devalvasiya riskini azaldan profisit - 1,7 MİLYARD DOLLAR
Azərbaycana daxil olan valyuta xaricə çıxarılandan 1,7 milyard dollar çoxdur
2018-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanın tədiyə balansının ümumi profisiti 1.7 milyard dollar təşkil etmişdir.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart ayları üzrə tədiyə balansının ümumi profisiti 1.1 milyard dollar təşkil etmişdi.
“Marja” 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikasının Tədiyyə balansına istinadən xəbər verir ki, tədiyyə balansında artım bu həm neft qiymətinin 40% bahalaşması, həm də Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar hesabına baş vermişdir.
Cari Əməliyyatlar Balansında 3,5 milyard dollarlıq profisit yaranmış, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 25.7% (564 milyon dollar) artaraq 2.8 milyard dollar olmuşdur.
NEFT-QAZ SEKTORU QEYRİ-NEFT SEKTORUNUN KƏSİRİNİ ÖRTÜB
Cari əməliyyatlar hesabı 2018-ci ilin yanvar-iyun aylarında cari əməliyyatlar hesabında 3.5 milyard dollar məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə profisit 6.3 milyard dollar məbləğində olmuşdur. Qeyri-neft sektoru üzrə CƏB kəsiri ötən ilin müvafiq dövrünə nisbətən 25.7% (564 milyon dollar), neft-qaz sektoru üzrə CƏB profisiti isə 2.1 dəfə (3.3 milyard dollar) artmışdır. Neftqaz sektorunun 6.3 milyard dollarlıq profisiti qeyri-neft sektoru üzrə cari hesabın 2.8 milyard dollarlıq məbləğində kəsirini tam örtmüşdür. CƏB profisitin əsas amilləri:
- Xarici ticarət balansında profisitin 1.4 dəfə artması;
- İxracın neft-qaz sektoru üzrə 42.3%, qeyri-neft sektoru üzrə isə 14.1% artması;
- Xidmətlər balansında kəsirin 2.1 dəfə azalması, o cümlədən, tikinti xidmətləri üzrə kəsirin 2 dəfə (726 milyon dollar) azalması və turizm xidmətləri üzrə balansın 223 milyon dollar (20% artım) müsbət olması;
- İlkin gəlirlər balansında kəsirin 6.4% azalması;
- Təkrar gəlirlər balansında profisitin (71 milyon dollar) 24.2% artması.
TƏDİYYƏ BALANSI NƏDİR?
Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı 3 hissədən ibarətdir:
-Cari əməliyyatlar balansı;
-Kapitalın və maliyyənin hərəkəti balansı;
-Ehtiyat aktivləri.
Cari əməliyyatlar balansı malların və xidmətlərin idxalı və ixracının, faktor gəlirlərinin mədaxili və məxaricinin, habelə cari transfertlərin ümumi saldosunu özündə ehtiva edir.
DEVALVASİYA İLƏ ƏLAQƏSİ
Adətən, bir ölkə milli valyutasını devalvasiya edirsə, deməli, o ölkənin tədiyyə balansında kəsiri var. Yəni, ölkədən çıxan valyuta ölkəyə daxil olan valyutadan çoxdur. Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə azalır və daxildəki məhsullar ucuzlaşdığı üçün ixrac artır. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir. Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya bir işə yaramaz və idxal yenidən artır.
Tədiyyə balansından göründüyü kimi, Azərbaycanda kəsir deyil, profisit (artıqlıq) söz mövzusudur. Bu baxımdan devalvasiya riski azalır. Bu gün əsas risk, Manatın sabit qalması fonunda, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının ucuzlaması və nəticədə Azərbaycanın ixracı üçün təzyiqin artmasıdır.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
2 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Ən çox oxunanlar
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib

























