"Hökumət yerli istehsalı devalvasiya ilə deyil, gömrük rüsumları ilə qoruyacaq"
Son iki ayda qonşu ölkələrin milli valyutalarının dəyər itirməsi və bunun manatın məzənnəsinə təsir edib-etməyəcəyi müzakirə mövzusu olmuşdu. Aprılan təhlilər qonşu ölkələrin valyutasında yaranan dəyər itkisinin yeyinti məhsulları baxımından da yerli istehsalı təhdid etdiyi və bunun da gömrük rüsumlarının tənzimlənməsi ilə manat üzərində yaranacaq təzyiqin ötürülməsinin mümükün olduğu vurğulanırdı.
"Marja" xəbər verir ki, iqtisadçı Cəfər İbrahimlinin sözlərinə görə, hökümətin 2 gün əvvəl kartof idxalı üçün gömrük rüsumlarını 100% artırması bunu deməyə əsas veriri ki, yaxın müddətdə manatın dəyərində sərt dəyişikliklərə gedilməyəcək.
“Daha çox idxal olunan mal qrupları daxili istahsalı təhdid etdiyi durumlarda, gömrük və vergi rüsumları üzərindən tənzimləmə olacağının mesaji verildi.
Kartofun qiymət məsələsi ilə bağlı spekulativ söyləntilərə gəlincə.... Əvvəlcədən onu bildirim ki, heç bir hökumət mal və xidmətlərin süni surətdə qiymətinin yüksəldilməsi yönündə qərər verməz. Bu sadəcə tənzimləmə funksiyasından və yerli istehsalın davamlılığını təmin etmək məqsədi güdə bilər. Heç kimə sirr deyil ki, qeyd etdiyimiz üç ölkədə ciddi kartof istehsalı var və manatın dəyərli olması fonunda bu ölkələrdən ciddi miqdarda kartof idxal olunurdu (hətta cəmiyyətin sağlamlığını təhdid edən texniki kaftof həcmidə az deyildi) və yerlı istehsalı boğmuş vəziyyət idi.
Eyni zamanda, bu məhsulu min bir əziyyətlə əkib beçərən fermerləri də düşünmək məsləhət olardı. Hazırkı məhsuldarlıq vəziyyətinə görə 1kq kartofun becərilməsinin maya dəyərinin 25-30 qəpik olduğunu, saxlanma və nəqliyyat xərclərini, fermer topdançı və pərakəndəçilərin də gəlir əldə etmək haqları olduğunu nəzərə alsaq kartof qiymətinin ən azı 70-80 qəpik səviyyəsində olması həm istehsalçıların həm də istehlakçıların uzun müddətdə yararına olacağını söyləməyə əsas verir....."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























