Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Neftçilər prospektində hərəkət məhdudlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftçilər prospektində hərəkət məhdudlaşdırılır

 

Bu gündən başlayaraq 3 gün ərzində Bakının Səbail rayonunun Neftçilər prospektində, limana gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar təmir-bərpa işləri aparılacaq.

Reklam_3_11

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bununla əlaqədar prospektdə hərəkət qismən məhdudlaşdırılacaq.

 

Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

03.09.2018 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ