Arı ailələri və 1000 dollar veriləcək

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində arıçılığın bərpası və inkişafı çox uğurla həyata keçirilir. Bunu açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, bu regionda arıçılığın inkişafı üçün tamamilə əlverişli şərait var və gələcəkdə layihə genişləndirilə bilər:
"Layihə Türkiyənin Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyi – TİKA ilə birgə tamamilə uğurla həyata keçirilir. Artıq arı ailələrinin verilməsi prosesi başa çatıb. Bunun üçün 15 arıçı seçilib və hər birinə 10 arı ailəsi verilib. Arıların verilməsinədək biz treninqlər keçirmişik. Payızda, qış ərəfəsində monitorinq keçirməyi də planlaşdırırıq. Ümid edirik ki, bu layihənin reallaşdırılması nəticəsində seçilmiş ailələr arıçılıqla ciddi şəkildə məşğul olacaq və özlərini sabit gəlirlə təmin edə biləcəklər. Bu zona arıçılıq üçün çox əlverişlidir, ona görə də gələcəkdə daha 15 ailəyə arı vermək istəyirik".
Assosiasiya rəhbəri əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanın şimal-qərb bölgələrində daha bir pilot layihə – qadınlar arasında arıçılığın inkişafı üzrə layihənin həyata keçirilməsi planlaşdırılır:
"Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi – USAID ilə birgə reallaşdırılacaq və sentyabrda başlamalıdır. Biz artıq Balakən, Şəki, Zaqatala və Qax rayonlarından beş qadın seçmişik. Onlar treninqlərə cəlb olunacaq, bundan sonra həmin qadınlara arı ailələri və 1000 dollar dəyərində zəruri vəsait veriləcək. İl ərzində mütəxəssislər onlarla işləyəcək, monitorinq keçirəcək və layihənin icrası barədə məlumat verəcəklər".
B.Həsrətov qeyd edib ki, hazırda adətən payızda keçirilən bal sərgisinə hazırlıq davam etdirilir. Cari ildə potensial iştirakçılar qarşısında bir sıra şərtlər qoyulub:
"Hazırda yarmarkanın keçirilməsi üçün yer axtarırıq. Yəqin ki, ötənilki sərginin keçirildiyi AMAY ticarət mərkəzində yarmarkanın təşkilindən imtina edəcəyik. Biz yarmarkaya təqribən 100 ton bal çıxardacaq 350-yə yaxın arıçının iştirak edəcəyinə ümid edirik. Bu il iştirakçılara qarşı yeni tələblər irəli sürmüşük. Belə ki, bir arıçı yarmarkaya 500 kq-dan çox bal gətirə bilməz. Bu ona görə edilir ki, bütün arıçılar öz mallarını tam şəkildə sata bilsinlər. Bundan başqa, arı ailələrinin sayına görə məhdudiyyət olacaq - 20-30-dan az ailəsi olanlar yarmarkada iştirak etməyəcək".
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
3 d. əvvəl
Ekspeditorun müştəriyə dəymiş zərəri ödəmə proseduru müəyyənləşir
-
5 d. əvvəl
“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb
- 6 d. əvvəl
-
14 d. əvvəl
Dayanacaq məntəqələriylə əlaqədar vahid səlahiyyətli qurum müəyyən ediləcək
-
17 d. əvvəl
Bu şirkət 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilir
- 31 d. əvvəl
- 39 d. əvvəl
-
46 d. əvvəl
Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı
-
1 saat əvvəl
Möhtəşəm yaşayış kompleksi - Nizami City: TƏMİRLİ VƏ TƏMİRSİZ MƏNZİLLƏR!
Son Xəbərlər

Qlobal birjalarda SON VƏZİYYƏT

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Təkər bazarı ərazisində yanğın baş verib - VİDEO

Rəsmi məzənnələr açıqlandı

Bu gün FED-in faiz qərarı diqqət mərkəzindədir
