28-ci “SOCAR” istifadəyə verildi
Pirallahı rayonunda “SOCAR” brendi adı altında yeni yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyəti başçısının I müavini Vəzir Səfixanov, müavinlər İsmayıl Əliyev, Anara Hacıbəyli, “SOCAR Petroleum” QSC-nin baş direktoru Toğrul Seyidov və digər qonaqlar iştirak ediblər.
Pirallahı Rayon İcra Hakimiyəti başçısının I müavini Vəzir Səfixanov bildirib ki, məntəqənin işə düşməsi ilə rayonda yanacağa olan tələbat tam ödəniləcəkdir.
Daha sonra “SOCAR Petroleum” QSC-nin baş direktoru T.Seyidov tədbir iştirakçılarını yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə və eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış edib.
Onun sözlərinə görə, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı və ən son model Yaponiya texnologiyaları olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib.
T.Seyidov diqqətə çatdırıb ki, “Super”, “Premium”, “Ai-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə üç yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Bu məntəqədə 20 nəfərə yaxın işçi çalışacaqdır.
Pirallahı qəsəbəsində istifadəyə verilmiş “SOCAR” sayca 28-ci YDM-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 16 d. əvvəl
-
20 d. əvvəl
“PAŞA Bank” POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir
- 30 d. əvvəl
- 35 d. əvvəl
-
14 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
15 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
16 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub












.webp)
.jpg)












