Çəltik sahələrinə müasir kombaynlar çıxarılıb
Bir neçə gündür Lənkəran rayonunun çəltik sahələrində məhsul yığımına başlanılıb.
Məhsul yığımı kampaniyasını optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər müasir tipli kombaynlar və canlı qüvvə cəlb olunub.
Bu il rayonda əkilmiş 1000 hektar çəltik sahəsindən 4000 tondan artıq məhsulun yığılması proqnozlaşdırılır.
Havanın yağmurlu keçməsi yığım zamanı bir sıra çətinliklər yaratsa da, müasir texnikanın köməyi ilə bu problemi aradan qaldırmaq mümkün olub. Belə ki, “Aqrolizinq” ASC-nin xətti ilə ölkəmizə gətirilən İtaliya istehsalı olan çəltikbiçən “Laverda” tipli kombayn yer palçıqlı olsa da, sahədə batmır və yağışın əydiyi şitillərdəki məhsulu itkisiz yığa bilir.
Çəltikçilikdə müasir texnikalardan istifadə edilməsi fermerlərin əkin-biçin prosesində işlərini xeyli asanlaşdırıb və əvvəlki illərdə olduğu kimi əl əməyindən daha istifadə etmirlər.
Bu il çəltiyin növündən asılı olaraq hər hektardan 6-8 ton arası məhsul götürmək mümkün olacaq.
Ötən il “Astaraçay” MMC-nin Lənkəran rayonunda əkdiyi 600 hektar çəltik sahəsindən 2000 ton məhsul yığılıb, hər hektardan orta hesabla 40-45 sentner məhsul götürülüb. Bu il isə fermerlər məhsuldarlığın 20 faiz artacağını bildirirlər.
Hazırda biçilən məhsul texnikalar vasitəsi ilə təsərrüfatdakı zavoda gətirilir və məhsul yaş olduğundan burada xüsusi qurutma aqreqatından keçirilir. İtaliya istehsalı olan bu aqreqatın özəlliyi isə ondan ibarətdir ki, 8 saata 30 ton çəltiyi qurudaraq üyütmək üçün hazır vəziyyətə gətirir. Qurudulandan sonra hazır çəltik birbaşa dəyirmana təhvil verilir.
Qeyd edək ki, Lənkəranda çəltik yığımı sentyabrın sonuna kimi başa çatdırılacaq.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

© Azərtac
Müştərilərin xəbərləri
Azərbaycanlı iş adamının şirkəti dünyanın nüfuzlu startap mükafatlarından birinin qalibləri sırasında yer alıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
32 d. əvvəl
İlham Əliyev bu gün İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
22 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir













.jpg)






