"Dizayner şirkətin fəlsəfəsini tam anlamalıdır"
-Apamark şirkətinin veb dizayneri İsrafil Sadıxovun müsahibəsi
-Bu gün Azərbaycanda veb dizaynerlərə olan tələb nə qədər böyükdür?
-Onu deyə bilərəm ki, öz üzərində işləyən və daima biliklərini təkmilləşdirən dizaynerlərə tələb hər zaman yüksəkdir. Bu gün aparıcı şirkətlər daima öz saytlarını yeniləməyə və ya saytlarında hansısa bölmələri yaratmağa maraq göstərirlər. Bu yaxşı haldır. Şirkətlərin belə bir mövqe tutması dizaynerlərin yeni ideyalar üzərində çalışmalarına yol açır, onlar arasında rəqabəti gücləndirir.
-Son zamanlar bir çox dizaynerlər sərbəst qrafiklə işləməyə üstünlük verir. Siz bu məsələyə necə baxırsınız?
-Bəli, bazarda belə bir tendensiya mövcuddur. Dizaynerlərin sərbəst qrafiklə işləməyə üstünlük verməsinin bir çox səbəbləri vardır. Bunlardan bir neçəsini sadalaya bilərəm. Məsələn:
İş şəraiti. Bəzən bir çox şirkətlər dizayner qrupu üçün ayrıca iş otağı vermək əvəzinə onları ümumi bir otaqda əyləşdirir. Orada olan səs, atmosfer və digər maneələr onların yaradıcılıq qabiliyyətini aşağı salır. Nəticədə aşağı keyfiyyətli iş ortaya çıxır;
Maliyyə və iş yükü. Bir çox hallarda dizaynerlərə verilən əmək haqqı ilə onların iş yükləri arasında tərs mütənasiblik yaradır;
Plansızlıq. Şirkətin marketinq departamenti tərəfindən tapşırığın düzgün verilməməsi və ya işin planlı şəkildə olmaması dizaynerləri yorur və işindən uzaqlaşdırır.
Sərbəst qrafiklə işləyən dizaynerlərə gəlincə isə onu deyə bilərəm ki, yalnız öz vaxtını doğru idarə edən və götürdüyü sifarişə tam fokuslanaraq işi başa çatdıranları dəstəkləyirəm.
-Yerli bazarda diqqətinizi çəkən şirkət saytları və ya işlərini izlədiyiniz dizaynerlər varmı?
-Təəssüf ki, yerli bazarda diqqətimi çəkən şirkət saytlarının sayı getdikcə azalır. Bunun bir neçə səbəbi olar bilər. Birinci ağlıma gələn səbəb odur ki, həmin dizayner şirkətdən ayrılıb və yeni gələn dizayner şirkətin fəlsəfəsini tam anlamadığı üçün saytda uğursuz dəyişikliklər edir. İkinci bir səbəb isə şirkətin öz dəsti xəttini dəyişməsi ilə bağlı ola bilər. Ümumiyyətlə, bu dizayn dəyişiklikləri çox strateji məsələdir. Bəzən şirkətlər özləri də bilmədən burada yanlışlığa yol verirlər ki, bu da sonda sayt ziyarətçisinin saytdan tez və məlumatsız çıxmasına səbəb olur. Əgər sən sayt ziyarətçisinin hər zaman istifadə etdiyi bir funksiyanın və ya bölmənin yerini dəyişirsənsə, o zaman sən onu ani olaraq itirirsən. Dizayner hər hansı bir sayt dizaynına başlamazdan əvvəl şirkətin birinci və ikinci dərəcəli məlumatlarının hansılar olduğunu bilməli, onları insanların rahat tapacağı bir yerə qoymalıdır.
Əl işlərini izlədiyim, rəng qammasını bəyəndiyim dizaynerlərə gəlincə, Murad Nağıyev, Bəhruz Manafov, Ruslan Şərifov, Rəsul Həsənov kimi dizaynerlərin işlərini məqbul hesab edirəm.
-Müştərilərin istəklərini həyata keçirərkən hansı çətinliklərlə üzləşirsiniz və onların aradan qaldırılması istiqamətində hansı addımlar atırsınız?
-Bazarda 2 növ müştərilər var. İstəklərini məntiqi şəkildə əsaslandıranlar və istəkləri ilə bağlı fikri formalaşmayan müştərilər. Birinci kateqoriya müştərilərlə işləmək asan və zövqlüdür. Hər iki şirkətin nümayəndələri görüşür və görüş əsnasında qarşı tərəfin istəkləri qeyd olunur. Daha sonra həmin müştərini öz istəklərini bizə yazılı şəkildə təqdim etməsi üçün saytımızın briflər bölməsinə yönləndiririk.
İkinci növ müştərilərlə məsələ bir az qəlizdir. Müştəri 2-3, bəzən də 5 sayt nümunəsi göndərir və hər saytdan bəyəndiyi bir elementi göstərir. Halbuki həmin şirkətlərin fəlsəfəsi, strategiyası tamamilə fərqlidir və onların sayta tətbiq edilməsi doğru olmazdı. Bu kimi hallarla üzləşdikdə həm ortaya normal bir iş çıxartmaq çətin olur, həm də görülən işi öz portfoliona daxil etmək etməklə, öz imicinə zərbə vurmaq istəmirsən.
Ümumiyyətlə biz çalışırıq bu kimi xoşagəlməz vəziyyətlərin yaranmaması üçün saytımızın briflər bölməsinə daima yeni brif növləri əlavə edək. Bu birflər müştərilərin vaxtına qənaət etmək və onların istəklərini tam anlamaq məqsədi daşıyır.
-Sonda belə bir yekun sual vermək istərdim. Hal-hazırda əldə etdiyiniz bilikləri kimlərləsə paylaşırsınızmı?
-Hər həs öz sahəsi üzrə daha çox peşəkarların yetişməsini istəyirsə, biliklərini mütləq şəkildə paylaşmalıdır. Bazara tövhə vermək və yeni istedadlı insanlar kəşf etmək lazımdır. Hal-hazırda çalışdığım Apamark şirkətində 2 gələcək veb dizaynerin təkmilləşməsi və şəxsi brendinqi üzərində çalışıram ki, gələcəkdə onlar da şirkətimizin bir üzvünə çevrilsinlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
9 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir





















