Zaqataladakı seldən sonra “ulduz” İnam Kərimovun səsi çıxmadı
Türkiyədə sığorta sistemi Azərbaycan ilə müqayisədə yüksək inkişaf etsə də, ölkənin Kənd Təsərrüfatı Nazirliyi Orduda baş vermiş sel nəticəsində fermerlərin zərərinin dövlət tərəfindən ödəniləcəyini açıqladı.
Həmçinin, Türkiyənin kənd təsərrüfatı naziri Bekir Pakdemirli təbii fəlakətin baş verdiyi rayona gedərək fermerlər ilə görüşdü. Onların narahatlığını azaldan nazir, sığortası olmayan fermerlərin zərərinin dövlət tərəfindən ödəniləcəyini şəxsən təkrarladı. Nazir, Ordudakı sel fəlakətindən əziyyət çəkən fermerlərin kredit borclarının rayon idarələrinə müraciətləri halında təxirə salınacağını da dedi. Həmçinin Bekir Pakdemirli, ziyan görən əksər fındıq bağlarının və bostanların kənd təsərrüfatı sığortası çərçivəsində sığortalı olduğunu və təzminatın ən qısa müddətdə ödəniləcəyi qeyd etdi.
Bir neçə gün öncə Azərbaycanda Zaqatalada da güclü sel nəticəsində fermerlərə ziyan dəydi. Verilən məlumata görə, bir neçə kənddə fındıq bağları ziyan görüb. Selin gətirdiyi lil nəticəsində fındıq bağlarına girmək mümkün olmayıb və xeyli məhsul itirilib. Həmçinin, lilin tutduğu bağlarda ağacıların tezliklə quruyacağı, ən azı torpaqdan 10 il istifadə etməyin çətin olacağı bildirilir. Əhalinin tərəvəz və bostan bağları da məhv olub.
HƏMÇİNİN OXU: Fındıq bağları suyun altında qalıb, lildən məhsul yığmaq mümkün deyil
Seldən sonra, mətbuatın ulduzuna çevrilmiş kənd təsərrüfatı naziri İnam Kərimovun səsi çıxmadı. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə dəstəyin veriləcəyi barədə bir məlumat yaymadı. Əgər yeni nazir kənd təsərrüfatının inkişafını istəyirsə, seldən dərhal sonra təbii fəlakət bölgəsinə gedə və fermerlərə dəstək mesajları verə bilərdi. Mətbuatda nazirin və Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə addımlar atdığı barədə məlumatlara rast gəlmədik. Oxuyan varsa bizə də məlumat versin. Xəbərlərdə, Fövqəladə Hallar Nazirliyinin əhaliyə etdiyi köməkdən bəhs edən informasiyalar verildi. Adi bir görüşü xəbərə çevirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti “Kəndbəkənd” layihəsi çərçivəsində də bir video-məlumat yaymadı. Əgər, həqiqətən Kənd Təsərrüfatı Nazirliyi zaqatalalı fermerlərə kömək edibsə və bu barədə məlumat yaymayıbsa səhv edilib. Bu kömək ilə bütün fermerlərə dövlətin onların yanında olduğu mesajı verilə bilərdi.
İctimaiyyətdə, İnam Kərimovun quzu ilə şəkillərindən daha çox, nazirin lilin içində fermerlər ilə görüşündən çəkilmiş fotolar təsirli ola bilərdi. Fermer dəstəyi həqiqi olaraq hiss etməlidir. Bu dəstək maddi olmaqla bərabər, mənəvi də olmalıdır.
Rəsmi qurumlar azı 5 ildir Türkiyənin aqrar sığorta sistemi olan TARSİM təcrübəsinin öyrənildiyini və tezliklə Azərbaycanda tətbiq ediləcəyini bildirirlər. Lakin hələ də bunu bacara bilməyiblər. Əgər effektli sığorta mexanizmi yoxdursa, fermer dövlətdən kömək gözləməkdə haqlıdır.
© Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























