Bu əskinaslar "best seller" oldu
Karl Marksın doğum yeri Trierin, Marksizmin atasının 200-cü doğum günü şərəfinə çıxardığı "0 avro"luq xatirə pulları "best seller" olub. Qiyməti 3 avro olan əskinaslardan bu günə qədər 100 mindən çox satılıb.
Trier, Almaniyanın ən qədim şəhəri olmaqla ilə bərabər, ən məşhur filosoflardan biri olan Karl Marksın doğum yeri kimi də tanınır. Trierin 5 May 2018-in Marksizmin atasının 200-cü doğum günü olması şərəfinə çıxardığı xatirə pulları, şəhərə xeyli pul qazandırıb.
"Marja" xəbər verir ki, politoloq və iqtisadçı Karl Marksın şəklinin olduğu "0 avro" yazılmış əskinasların biri 3 avrodan satışdadır. Dünən satılan Marks pulunun sayının 100 mini keçdiyi açıqlanıb.
BU QƏDƏR POPULYAR OLMASINI HEÇ KİM GÖZLƏMİRDİ
Şəhərin turizm və marketinq nümayəndəsi Hans-Albert Beyker, Marks valyutasını turistlər qədər kolleksiyaçıların da aldığını bildirib.
Beyker, "keyfiyyətli kağızda, bənövşəyi, həqiqi seriya nömrəli banknotların kimsə bu qədər populyar olacağını gözləmirdi. Amma xatirə və hədiyyə olunan pullar arasında ən çox satılana çevrildi" deyib..
ƏN ÇOX ÇİNDƏN SATIN ALINIB
40-dan artıq ölkəyə satdıqları əskinasların ən çox Asiyada asanlıqla satıldığını bildirən Beyker, "Sadəcə 30.000-ini Çinə satdıq" məlumatını verib. Marks, Çində hakimiyyətdəki Kommunist Partiyanın ideoloji rəhbəri qəbul edilir.
İNTERNETDƏ DAHA BAHA SATILIR
Bir müştəridən 100-dən artıq sifariş aldıqları hallar olduğunu bildirən Beyker, şirkətlərin bunları alıb işçilərinə hədiyyə olaraq paylandığını, ya da bəzi alıcıların bunları internetdə hərraclar vasitəsilə yüksək qiymətlərə satdıqlarını bildirib.
Marks valyutasının eBay kimi saytlarda 1000-3000 avro arasında satışa çıxdığını görmək mümkündür.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Xüsusi günlərdə "0 avro" əskinaslarının çıxarılmasının fikirinin atası fransız sahibkar Riçard Failledir. Paris Mint ilə birlikdə dizayn etdiyi hədiyyə medalların 60 milyon ədəd satmasından ruhlanan Faille, 2015-ci ildə orjinalından ayırd etməsi çox çətin olan yüksək keyfiyyətdə hədiyyə olunan əskinas biznesinə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
13 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
19 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























