Səhmləri rekord qırdı, rəhbərinin sərvəti 780 milyon dollar artdı
Amerika şirkətinin bazar dəyəri 914,7 milyard dollara çatıb.
ABŞ-ın e-ticarət nəhəngi Amazon-un səhmləri rekord qırıb və şirkətin bazar dəyəri 914,7 milyard dollar olub.
"Marja" xəbər verir ki, Nyu-York Birjasında ötən cümə gününü 1886 dollardan başa vuran Amazon-un səhminin dəyəri, bazar ertəsi günü ərzində 2,1 faiz artımla 1925 dollara qədər qalxaraq şirkət tarixində ən yüksək səviyyəni görüb.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Sonradan bir qədər ucuzlaşan Amazon-un səhmi 1896 dollardan bağlanaraq günü 0,5 faiz qazancla tamamlayıb.
Beləliklə, dünyanın ən dəyərli ikinci şirkəti mövqeyində olan Amazon-un bazar dəyəri 914,7 milyard dollar olub və 1 trilyon dollarlıq səviyyəyə yaxınlaşıb.
DİREKTORUNUN SƏRVƏTİNDƏ 780 MİLYON DOLLARLIQ ARTIM
Digər tərəfdən, Amazon-un 54 yaşlı banisi və rəhbəri (İcraçı Direktoru) Cef Bezosun sərvəti də 780 milyon dollar artımla 155,5 milyard dollara qalxıb.
Bezos, dünyanın ən varlı milyarderləri siyahısında zirvədəki yerini möhkəmləndirib.
2 Avqustda 1 trilyon dollara çatıb dünyanın ən qiymətli şirkəti olan Apple-ın bazar qiyməti isə bazar ertəsi günü1,01 trilyon dollar səviyyəsində olu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























