Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Foreks: Dollar son bir ilin maksimumunda - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Foreks: Dollar son bir ilin maksimumunda - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

FED-in sərt monetar siyasəti və digər valyutalara olan tələbin azalması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olur.


 

Reklam_3_11

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti yenidən bahalaşaraq, son bir ilin maksimum səviyyəsində ticarət edilməkdədir.

 

Nəticədə EUR/USD məzənnəsi də yenidən 1.1516$-a kimi ucuzlaşıb və 1.1500$-ı da aşağı istiqamətdə qırarsa, 1.1447$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsi də 1.29$-ın altında ticarət edilir və 1.28$-ı da aşağı istiqamətdə qırarsa, 1.27$-a kimi ucuzlaşa bilər. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 5.65TL-yə kimi bahalaşıb və 5.86TL-yə kimi də bahalaşa bilər.

 

Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 12:30 və 16:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin 2-ci rüb üzrə iqtisadi inkişaf və Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumaları da investorların diqqət mərkəzindədir və beynəlxalq valyuta birjalarında güclü dalğalanma gözlənilir.  

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

10.08.2018 06:49

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18