Rusiyanın metallurgiya kombinatı Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edəcək
Rusiyanın Maqnitoqorsk Metallurgiya kombinatı (MMK) və "ADY Express" MMC illik 250 min tonadək məhsulların Türkiyəyə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə tədarükünün təşkili imkanı üzərində çalışır. Bu barədə Azərbaycan şirkətindən məlumat verilir.
“Hazırda “MMK Metalurji” (MMK-nın Türkiyədəki törəmə müəssisəsi) üçün illik 250 min tonadək məhsulların BTC ilə tədarük olunması imkanı üzərində iş aparılır”, - məlumatda deyilir.
"ADY Express" MMK-nın məhsullarının Maqnitoqorsk-Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Türkiyəyə sınaq tədarükünü təşkil edib. Ümumi həcmi 120 ton olan 4 konteyner “MMK Metalurji”-yə çatdırılıb. Uzunluğu 5 min kilometr təşkil edən marşrut 17 günə qət olunub.
Yeni marşrut MKK-yə Türkiyənin İskenderun şəhərində özünün limanı vasitəsilə perspektivdə Yaxın Şərq, Avropa və Afrika ölkələrinə ixrac tədarükünün şaxələndirilməsi imkanına baxmağa şərait yaradacaq.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
22 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 27 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























