Güzəştli mənzillərin satışı zamanı sistemdə problem yaranmayacağına işarə edilir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın görüşü keçirilib.
Bu barədə Dövlət Agentliyindən məlumat verilib.
Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak ediblər.
“Güzəştli mənzil” sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunan görüşdə sistemin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətinin təmin edildiyi və mənzillərin seçimi zamanı bərabər şəraitin, şəffaflığın və operativliyin yaradıldığı diqqətə çatdırılıb. Həmçinin Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada bu resursun ilkin təqdimatının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Ceyhun Salmanov “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli 1885 nömrəli Fərmanından irəli gələn məsələlərdən danışıb. Bildirib ki, elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək, habelə “Elektron hökumət” portalının idarə olunması və fəaliyyətini təmin etmək, o cümlədən təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi Dövlət Agentliyinə həvalə edilib.
Qeyd olunub ki, “Güzəştli mənzil” sisteminin işində yaranmış problemin həlli məqsədilə Dövlət Agentliyinin təşəbbüsü ilə müvafiq qurumların nümayəndələrindən ibarət İşçi Qrupu formalaşdırılıb və fəaliyyəti Dövlət Agentliyi tərəfindən koordinasiya edilib. Eyni zamanda “Elektron hökumət” portalı tərəfdən müraciətlər üzrə yüklülüyün paylanması üzrə tədbirlər görülüb, durma-dayanma hallarının aradan qaldırılması üçün resurslar artırılıb, iştirakçı tərəflərlə birgə müxtəlif xarakterli testlər keçirilib, mümkün problemlər müəyyənləşdirilərək aradan qaldırılıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nümayəndəsi Elşad Məmmədov “Güzəştli mənzil” elektron sistemində istifadəçilər üçün yaradılmış imkanlar barədə məlumat verib, eyni zamanda Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.gov.az internet saytı barədə təqdimat edib. Bildirilib ki, istifadəçilərin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə sistemin DEMO versiyası hazırlanıb.
İctimai Şuranın koordinatoru Osman Gündüz bu cür əhəmiyyətli layihələrin həyata keçirilməsində koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb.
Sonda mükün problemlər və onların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb, suallar və təkliflər dinlənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























