100 milyon dollar gətirən məhsuldan 200 min ton istehsal etmək planlaşdırılır
Bu ilin sonunadək Azərbaycanda 200 min ton xurma istehsal etmək planlaşdırılır. Bu, ötənilki göstəricini bir qədər üstələyəcək.
Bunu Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə heyətinin sədri Qədir Yusifov deyib.
Q.Yusifovun sözlərinə görə, ötən il xurma ixracı dövlət büdcəsinə 100 milyon dollar gəlir gətirib:
“Bu, kifayət qədər yaxşı nəticədir. İlin yekunlarına əsasən bu məbləğin sabit qalacağı gözlənilir. Bu, əsasən onunla əlaqədardırdır ki, məhsulun 90 faizə yaxını ölkə xaricinə, o cümlədən Rusiya, Belarus, Moldova, Baltikyanı ölkələr, Ukrayna və Qazaxıstana ixrac olunur. Eyni zamanda daxili bazarda xurmanın 10 faizi reallaşdırılır ki, bu da əhalinin tələbatını tam təmin edir. Bütövlükdə ötən il qeyd olunan ölkələrə xurma ixracı 180 min tonu keçməyib”.
Assosiasiya sədri əlavə edib ki, Azərbaycanda xurma əsasən Göyçay, Balakən, Ağcabədi və Gəncədə yetişdirilir:
“Məhz bu regionlarda yarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə yeni müəssisələr yaradılıb, həmçinin dondurulmuş xurma istehsalı da təşkil olunmaqdadır”.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























