SOCAR-ın “Star” zavodunda xam neft emalına başlanılıb
Zavodda ilk dəfə Azərbaycan nefti emal edilib
SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodunda ilk dəfə Azərbaycan nefti emal olunub.
“Star” neft emalı zavodunda xam neft emalına başlanılıb. Zavodda emal edilən ilk neft yükü Azərbaycandan çatdırılıb. “Abşeron” adlı tanker ilə Azərbaycandan göndərilən 80 min ton xam neft emal üçün zavoda qəbul edilib.
Zavodda xam neft emalının başlaması və sınaq əməliyyatlarının həyata keçirilməsi ilə bağlı Əliağada mərasim keçirilib.
“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov bildirib ki, SOCAR indiyədək Türkiyəyə 19 milyard dollar investisiya qoyub: “Türkiyəyə investisiyalar davam edəcək. Biz Türkiyədəki fəaliyyətlərə qısa müddətli baxmırıq. Türkiyə bizim üçün mühüm ölkdir. Bizim xarici investisiya portfelimizdə ən vacib ölkə Türkiyədir. Bizə “Türkiyənin ən böyük xarici sərmayədarı” deyirlər”.
“Star” neft emalı zavodunun baş direktoru Mesut İlter isə deyib ki, ötən həftə dizel tankeri zavodun limanına yan alıb. İndi isə ilk neft yükü Azərbaycandan gəlib. Bu gündən etibarən zavodu istismara hazır etməyə başlayırıq. Oktyabr ayına qədər zavoddakı bütün qurğular istifadəyə veriləcək. Cari ilin sonuncu rübündə “Star” neft emalı zavodu işləməyə başlayacaq.
“Zavodun məqsədi neft-kimya sektorunu xam məhsul ilə təmin etməkdir. Neft-kimya məhsullarından savayı zavodda reaktiv yanacağı, mayeləşdirilmiş neft qazı (LPG) və dizel yanacağı da istehsal ediləcək. Hazırda Türkiyə bütün bu yanacaq növlərini idxal edir. “Star”ın istifadəyə verilməsi ilə bu məhsulların idxalı azalacaq. Zavod Türkiyənin illik kəsirini təxminən 1,5 milyard dollar azaldacaq. Zavodda əsasən Yaxın Şərq, Rusiya və Şimali Afrika neft emal olunacaq. Zavod bu il təxminən 2 milyon ton xam neft emal edə biləcək. 2019-cu ildə isə zavod tam gücü ilə yəni, ildə 10 milyon ton emal həyata keçirə biləcək.
Qedy edək ki, illik 10 milyon ton xam neft emal gücü olacaq “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq.
Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
14 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























