Mobil telefonların qeydiyyat qiyməti qalxdı - 5 manatdan 150 manata
Əhalinin xaricdən telefon gətirməsi baha başa gələcək.
Baş nazir Novruz Məmmədov “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalayıb.
İyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edilib.
Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilicək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini öz rəsmi internet saytında yerləşdirəcək.
“Marja”nın məlumatına görə, qərarda qeyd edilir ki, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir. Bu, mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur. Bazar qiyməti 100 ABŞ dollarından çox olduqda qiymətdən asılı olaraq 50-150 manat arasında dövlət rüsumu ödənilir.
foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar xaric digər mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərin manat ekvivalentində müəyyən edilir:
- bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;
- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;
- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda –60 manat;
- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda –70 manat;
- bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat;
- bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat.
Qərarda qeyd edilir ki, mobil cihaz – mobil operatorların ümumi istifadədə olan telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıqdır.
Qeyd edək ki, bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 21 d. əvvəl
-
13 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
16 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
16 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 16 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Ən çox oxunanlar
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























