ABŞ-ın texnologiya nəhəngləri 3 gündə 400 milyard dollar dəyər itirib
ABŞ-ın ən böyük 8 texnologiya şirkətinin bazar dəyərində azalmalar 3 iş günündə 400 milyard dolları aşıb.
"Marja" xəbər verir ki, Nyu-York Birjasında 26-30 İyul tarixləri arasında 3 iş günündə, Facebook, Twitter, Netflix, Amazon, Apple, Microsoft, Intel və Google-ın əsas təşkilatı olan Alphabet-in səhmlərindəki ucuzlaşmalar ilə bu 8 şirkətin bazar dəyərindən azalma 401 milyard dollara çatıb.
Sözügedən texnologiya şirkətlərinin səhmlərində ucuzlaşma, ötən çərşənbə günü Nyu-York birjasının bağlanmasının ardından Facebook-un bu ilin aprel-iyun dövrünə dair balansını açıqlaması ilə başlayıb.
Facebook-un bu ilin ikinci rübündə əldə etdiyi gəlirin bazar proqnozlarından aşağı olması və Avropadakı gündəlik aktiv istifadəçi sayında azalma görülməsinin ardından, şirkətin səhmləri 19 faiz, bazar dəyəri isə 118 milyard dollar azalıb.
Bundan başqa, Twitter-in ötən cümə günü açıqlanan balansında, bu ilin ikinci rübündə əvvəlki rübələ müqayisədə aylıq istifadəçi sayının azaldığı görülüb.
İki şirkətin bazar dəyərində 229 milyard dollar azalma
26 İyul Cümə axşamı ilə 30 İyul Bazar Ertəsi arasındakı 3 iş günündə, sözügedən 8 şirkət arasında ən böyük nisbətdə Twitter-in səhmləri ucuzlaşıb. Bazar dəyərində ən çox azalma isə Facebook-da olub.
Sözügedən dövrdə, Twitter-in səhmləri 29 faiz düşərkən, bazar dəyərində isə 96 milyard dollar azalama abaş verib.Bu tarixlər arasında Facebook-un səhmləri isə 21,3 faiz geriləyərkən, bazar dəyərindən 133 milyard dollar silinib.
Beləliklə, dünyanın ən böyük sosial media saytlarından olan Facebook və Twitter-in Nyu-York birjasında 3 əməliyyat günündə bazar dəyərlərində 22azalma 9 milyard dollar olub.
26-30 İyul tarixləri arasında, dünyanın ən iri çip istehsalçılarından olan İntel-in səhmləri 9 faiz, bazar dəyəri də 22 milyard dollar azalıb, beynəlxalq televiziya şəbəkəsi Netflix-in səhmləri 7,7 faiz, bazar dəyəri isə 12 milyard dollar düşüb.
Bu dövrdə, Microsoft-un səhmləri 4,9% və bazar dəyəri 42 milyard dollar, dünyanın ən dəyərli ikinci şirkəti mövqeyində olan e-ticarət nəhəngi Amazon-un səhmləri 4,5 faiz və bazar dəyəri 41 milyard dollar azalıb.
Google-ın baş təşkilatı Alphabet-in səhmlərinin 3,6% və bazar dəyərinin 31 milyard dollar azalma qeyd etdiyi bu dövrdə, Apple səhmləri isə 2,5 faiz və bazar dəyəri 24 milyard dollar azalıb.
Beləliklə, Facebook və Twitter xaricindəki 6 texnologiya şirkətinin bazar dəyərində itki sözügedən 3 iş günündə 172 milyard dollar təşkil edib.
İnvestorların texnologiya sektorunda yenidən alış mövqeyi almağa başlaması ilə, sözügedən 8 texnologiya şirkətinin səhmlərində növbəti günlərdə az da olsa bahalaşma olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu


























