Norm şirkəti müsabiqənin qaliblərini mükafatlandırdı
(®) Norm Sementin 2018 Futbol üzrə Dünya Çempionatının oyunlarına həsr edilmiş müsabiqəsinin yekun hesabat tədbiri 23 iyul 2018-ci ildə, JW Marriott Abşeron otelində baş tutdu.
Daim müştərilərinə diqqət və qayğısı ilə seçilən Norm şirkəti rəhbərliyinin qərarına əsasən qaliblərin iş qrafikləri ilə üst-üstə düşməməsi üçün tədbir axşam saatlarında keçirildi.
Hesabat tədbirinə qaliblərlə yanaşı, yazılı mətbuat işçiləri və 1 ay davam edən müsabiqə dövründə Norm Sementə və iştirakçılara yaxından dəstək olan İctimai Televiziya kanalının əməkdaşları da dəvət edilmişdi. Şirkətin İctimaiyyətlə əlaqələrdən məsul əməkdaşının salamlama nitqi ilə tədbir açıq elan edildi, daha sonra iştirakçılara Norm Sement zavoduna dair informativ video təqdim edildi və təbrik üçün söz şirkətin Baş direktoru Henning Sasseyə verildi. Futbol dünyasına aid müsabiqənin qaliblərini “Dünya Çempionatının qalibləri” adlandıran cənab Sasse onları təbrik etdi və xoş arzularını dilə gətirdi.
Müsabiqə zamanı DÇ-nın qrup mərhələsində qalib olmuş 31 şəxs 300 azn dəyərində İdman mağazasına kupon, 1/8 mərhələsinin 8 qalibi 500 azn dəyərində Sağlamlıq və əyləncə mərkəzinə kupon, 1/4 mərhələsinin 4 qalibi 800 azn dəyərində Elektronika mağazasına kupon, yarım final oyununun 2 qalibi və 3-cü yer uğrunda mübarizə oyununun 1 qalibi 1000 azn dəyərində səyahət kuponu, Final oyununun qalibi isə 2000 azn dəyərində səyahət kuponu qazandılar. Baş direktor tərəfindən təqdim edilən hədiyyələrin sahibləri öz çıxışlarında sevinc və təşəkkürlərini ifadə etdilər.
Tədbirdə həmçinin İTV-nin əməkdaşı, Bol Futbol verilişinin aparıcısı Sevinc Eminzadəyə söz verildi. Aparıcı öz çıxışında bənzəri olmayan bu layihə üçün Norm şirkətinə səmimi təşəkkürlərini bildirdi və qaliblərə təbriklərini çatdırdı.
Sonda qaliblərlə xatirə şəkli çəkdirildi və tədbir iştirakçıları musiqi müşayiətində çay fasiləsinə dəvət edildi.
Müştəri yönümlü fəaliyyəti ilə seçilən Norm Sementin korporativ müştərilərlə yanaşı pərakəndə müştəriləri də hər zaman diqqət mərkəzindədir. Odur ki, şirkət sosial media istifadəçiləri üçün yenilikçi kampaniyalara davam edəcək, onlara dəyərli hədiyyələr qazanmaq imkanı yaradacaq.
İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. Norm Sement zavodunda hazırda 4 çeşiddə sement məhsulu istehsal edilir. İstehsal edilən CEM II/A-P 32,5R markalı KLASS A, CEM II/B-L 32,5R markalı KLASS B, CEM II/A-P 42,5 R markalı KLASS C500 və CEM II / A-P 42.5N markalı KLASS S (Sulfatadavamlı Portland sement) məhsulları qalaq və kisə şəklində satışa təqdim olunur.
Yüksək keyfiyyət normalarına və ən son texnologiyanın tələblərinə cavab verən Norm məhsulları beynəlxalq səviyyədə öz sahəsində nüfuz sahibi qurumlar tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Almaniyanın VDZ Elmi-tədqiqat İnstitutu tərəfindən CEM II/A-P 32,5R, CEM II/B-L 32,5R, CEM II/A-P 42,5 R və CEM II / A-P 42.5N markalı Norm məhsullarına DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
5 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
7 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək



























