"Dollar 1 manat 66 qəpiyə düşəcək" - PROQNOZ
"Manatın devalvasiyaya məruz qalacağı ehtimalı yoxdur və Azərbaycanın milli valyutasının məzənnəsi möhkəmlənəcək".
Bu barədə Rusiyanın AKRA reytinq agentliyinin Azərbaycan üzrə iqtisadi icmalında bildirilib.
"2022-ci ilin sonunadək manatın məzənnəsi sabit qalacaq, devalvasiya ehtimalı isə azdır", - deyə agentliyin Azərbaycan üzrə iqtisadi icmalında bildirilir.
Agentliyin qiymətləndirmələrinə görə, manatın devalvasiyasından sonra inflyasiyanın yüksəlməsi və əhalinin gəlirlərinin azalması prosesi 2017-2018-ci illərdə dayanıb. "Lakin tənzimləyicinin cari çevik məzənnə rejimini nə qədər saxlamağa nail olacağı məsələsi açıq qalır”, - deyə icmalda vurğulanır.
AKRA-da hesab edirlər ki, daha əlverişli xarici konyunktura tədiyyə balansı ilə bağlı vəziyyətin yaxşılaşmasına kömək edir: "2017-ci ilin I rübündə tədiyyə balansının saldosu ilkin gəlirlər üzrə ödənişlərin azalması sayəsində müsbət olub. AKRA cari əməliyyatlar hesabını 5–5,7% səviyyəsində proqnozlaşdırır. Bu, onunla şərtlənib ki, müsbət ticarət balansı mənfi ilkin gəliri üstələyir. Ticarət balansının müsbət zonaya çıxışı üçün "Azeri Light” markalı neftin bir barelinin qiyməti 45 ABŞ dolları səviyyəsində müəyyən edilib", - deyə sənəddə qeyd olunur.
Analitiklərin qiymətləndirmələrinə görə, inflyasiya gözləntilərinin zəifləməsini, artım templərinin ləngiməsini, eləcə də Azərbaycanın beynəlxalq ehtiyatların həcminə görə ölkənin 8-9 ay ərzində ümumi idxalına (2022-ci ilin sonuna bu göstərici üzrə proqnoz 8,5 mlrd. dollar təşkil edir) uyğun səviyyəyə çatmasını nəzərə alaraq manatın dollara nisbətən məzənnəsi sabit - 1,66–1,73 manat diapazonunda olacaq, proqnoz dövrünün sonuna isə 1,66 manatadək möhkəmlənəcək.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
© İnterfaks, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 8 d. əvvəl
-
12 d. əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Ən çox oxunanlar
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb





























