Banklarda manat qıtlığı yaranıb
İlin ilk ayından başlayaraq banklarda manat qıtlığı yaşanır. Əksər banklar müştərilərə nağd manat verməkdə çətinlik çəkir. Bank əməkdaşları bunun onlar üçün də xoş olmadığını bildirməklə yanaşı, problemi həm xarici valyuta satıb manat alanların çoxluğu, həm də Mərkəzi Bankdan pul götürməkdə yaranan çətinliklərlə izah edirlər. Bu isə iş adamlarına hesablarında olan manatdan istifadə etməkdə, nəticədə həm də əmək haqlarının ödənilməsində çətinlik yaradır.
Yaranmış vəziyyəti şərh edən iqtisadçı ekspert Samir Əliyev deyir ki, əsas səbəblərdən biri manata qarşı olan təzyiqin qarşısını almaq üçün atılan addımdır:
“Manata olan təzyiqin qarşısını almaq yollarından biri də dövriyyədə olan pul kütləsini məhdudlaşdırmaqdır. Hazırda Mərkəzi Bankın manatı qorumaq üçün istifadə etdiyi ən əsas vasitələrdən biri budur. Məsələn: yanvar ayında pul bazası 6.7 faiz azalıb. Yəni pul bazası 7.9 milyard manatdan 7.3 milyard manata qədər azalıb. Bu o deməkdir ki, 600 milyon manat dövriyyədən çıxarılıb. Pul bazası və pul kütləsi arasında müəyyən fərq var. Belə ki, hər iki termin banklarda olan nağd puldan gedirsə də, pul bazası banklarda olan nağd pul və əlavə olaraq bankların Mərkəzi Bankda olan ehtiyatlarıdır. Pul kütləsi isə banklarda olan nağd pul və əlavə olaraq bankların özlərində olan pul, yəni nağdsız dövriyyədir. Amma bunların hər ikisinin kökündə nağd pul dayanır. Devalvasiya başlayandan onsuz da pul kütləsi qıtlaşmışdı, amma bu ilin yanvar ayından başlayaraq isə əlavə 6.7 faiz pulun dövriyyədən çıxarılması manat qıtlığını daha qabarıq biruzə verir”.
S.Əliyevin qənaətinə görə, qarşıdakı aylarda manat qıtlığının aradan qalxması Mərkəzi Bankın addımlarından asılı olacaq:
“Əgər Mərkəzi Bank bazardan xarici valyuta alacaqsa, onun əvəzində bazara manat kütləsi daxil olacaq. Həm də hazırda ilin əvəli olduğundan büdcə açılımı yoxdur. Budcədən vəsait ancaq əmək haqqı və digər sosial ödənişlərin edilməsi üçün aparılır. Büdcədən investiya yönümlü vəsaitlər ayrılmır. Büdcə açılımı olandan sonra bazara əlavə manat daxil olacaq. Dövriyyəyə əlavə manat buraxıldıqda isə manatın dollar qarşısında ucuzlaşması qaçılmazdır. Bu mənada Mərkəzi Bank hələ ki, ehtiyatlı addım atır”.
© Modern.az
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 7 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
-
13 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb





















