“SOCAR Polymer” ilə büdcəyə 860 milyon dollar vergilər daxil olacaq
“SOCAR Polymer” MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının istismarı müddətində ilkin qiymətləndirmələrə görə, 400 mln. ABŞ dolları mənfəət vergisi, 460 mln. dollar isə ƏDV şəklində dövlət büdcəsinə köçürüləcək.
Zavodların istismarı dövründə 6,3 mlrd. dollar məbləğində gəlir əldə olunması gözlənilir.
Bu məbləğin 30%-i şirkətin xalis mənfəətini təşkil edəcək.
Məlumata görə, “SOCAR Polymer” zavodları yerli bazarın tələbatını tam həcmdə qarşılayacaq və məhsulun 75%-i Türkiyə və Avropa bazarlarına ixrac ediləcək. Bildirilib ki, tikinti işlərinin pik dövründə inşaata 3 min nəfərdən çox işçi cəlb edilib. Bu günədək tikinti meydançalarında istehsal zədələri və ya qəzalar olmadan 17 mln. adam-saatdan artıq iş görülüb.
“SOCAR Polymer” zavodlarında 19 markada polipropilen, 12 növdə yüksək sıxlıqlı polietilen məhsulu istehsal ediləcək: “Bir çox kiçik və orta müəssisələr bu məhsullardan xammal kimi istifadə etməklə zavodların ətrafında sənaye klasteri yaradacaq. “SOCAR Polymer” zavodlarının potensial alıcıları arasında artıq bir sıra yerli şirkətlər var”.
Qeyd edək ki, “SOCAR Polymer” MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb. Şirkət həmin il sentyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkın parkının rezidenti qismində qeydə alınıb. “SOCAR Polymer” zavodlarında ildə 184 min ton polipropilen, 120 min ton yüksək sıxlıqlı polietilen istehsal olunacaq.
İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen zavodunun açılışı olub.
Yüksək Sıxlıqlı Polietilen zavodunun isə bu ilin IV rübündə istsimara verilməsi gözlənilir.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
27 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 29 d. əvvəl
-
-
34 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
39 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb































