“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti "ehtiyatlar" ilə azalıb
“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ilin birinci yarısını 1 milyon 137 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründəkindən 35% azdır. Bank 2017-ci ilin birinci yarısını 1 milyon 743 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ilin birinci yarısında 5 milyon 22 min manat təşkil etmiş faiz gəlirləri, cari ilin birinci yarısında 5 milyon 981 min manata yüksəlib. Müqayisə olunan dövrdə, qeyri-faiz gəlirləri isə 2 milyon 68 min manatdan 2 milyon 571 min manata qalxıb.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Gəlirlərin artması Bankın əməliyyat mənfəətində də əks olunub. Ötən ilin ilk 6 ayında 2 milyon 804 min manat təşkil etmiş əməliyyat mənfəəti, 2018-ci ilin eyni dövründə 3 milyon 26 min manat olub. Lakin ötən ilin birinci yarısı ilə müqayisədə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar artdığından xalis mənfəət azalıb. Ehtiyata ayırma 685 min manatdan 1 milyon 652 min manat yüksəlib. Ehtiyatlara ayırmanın artması kreditlər və depzoitlər üzrə itkinin yarana biləcəyi ehtimalının yüksəlməsidir.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
"Ziraat Bank Azərbaycan"ın müştərilərə verdiyi kreditlər 36% artıb. Belə ki, ötən ilin birini yarısının yekununda 65 milyon 773 min manat təşkil etmiş kreditlər, 30 İyun 2018-ci il tarixində 89 milyon 562 min manata çatıb. Xalis kreditlər isə 65 milyon 750 min manatdan 88 milyon 509 min manata yüksəlib.
30 İyun 2018-ci il tarixində "Ziraat Bank Azərbaycan" 229 milyon 867 min manat cəmi aktivlərə (o cümlədən 89 milyon 562 min manatı müştərilərə verilmiş kreditlər), 162 milyon 804 min manat cəmi öhdəliklərə və 67 milyon 62 min manat cəmi balans kapitalına malik olub.
Bank 2017-ci ilin sonunda 186 milyon 665 min manat cəmi aktivlərə ( o cümlədən 67 milyon 884 min manatı müştərilərə verilmiş kreditlər), 120 milyon 769 min manat cəmi ökdəliklərə və 65 milyon 895 min manat cəmi balans kapitalına malik idi.
DEPOZİT VƏ ƏMANƏTLƏR ARTIB
Ötən ilin sonunda 80 milyon 128 min manat təşkil etmiş depozitlər 30 İyun 2018-ci il tarixində 94 milyon 277 min manata çatıb. Bankda fiziki şəxslərin müddəti depzoitləri isə 37 milyon 211 min manatdan 42 milyon 570 min manata yüksəlib.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
5 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
5 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
9 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
























