"İran Hörmüz körfəzini bağlasa, özünü ayağından güllə ilə vurmuş olar"
"İranın Hörmüz boğazını bağlaması bu ölkənin əsas regional rəqibləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ziyan vurar, amma inanmıram ki, İran bu addımı atmağa hazırdır".
Bunu açıqlamasında Yaxın Şərq üzrə argentinalı ekspert Paulo Botta deyib.
Xatırladaq ki, rəsmi Tehran Neft İxrac Edən Ölkələr Bilriyinin (OPEC) ötən ay Vyanada (Avstriya) keçirilmiş sonuncu iclasında Hörmüz boğazını bağlayacağına dair bəyanat verib.
"İran geosiyasət, əhali və neft-qaz resurslarına görə regional güc olsa da, hərbi texnologiyalar baxımından böyük imkanlara sahib deyil. Amma Hörmüz boğazını bağlamaq, bununla bağlı təhdidlərlə çıxış etmək üçün son texnologiyalara ehtiyac yoxdur. Belə təhdid İran-İraq müharibəsi zamanı da səslənirdi, ona görə yeni deyil. Amma bu, baş versə, nəticələr təkcə qlobal bazarlar üçün deyil, əsasən də regional oyunçular üçün faciəvi ola bilər", - ekspert bildirib.
P.Botta onu da əlavə edib ki, İranın əsas neft ixracı Hörmüz boğazından həyata keçirilir və boğaz bağlansa bu ölkənin maliyyə-iqtisadi resurslara çıxışı da bağlanmış olacaq: "Ona görə də İranın belə bir addım atması qeyri-mümkün görünür. İran hazırda ölkəsinin nüvə proqramı ətrafında məsələnin həll edilməsində konstuktiv yanaşma göstərir, amma Hörmüz boğazını bağlasa, bu regiondan əsas neft alıcıları olan Hindistana və Çinə böyük zərər yetirər, bu da, ən azından, Çinin İranın nüvə proqramı ilə bağlı məsələdə bu ölkəyə dəstəyini zəiflədəcək".
Bundan başqa, ekspertin sözlərinə görə, İranın təhdidləri onun dünya ictimaiyyəti üçün təhlükə olması fikrini daha da möhkəmləndirəcək: "İranın xarici siyasətinin əsas göstəricilərindən biri praqmatizm və rasionalizmdir. Əsasən daxili auditoriya üçün nəzərdə tutulmuş ritorika ilə yanaşı İranın siyasətçiləri razılığa gəlməyə hazır olduqlarını hər zaman göstərirdilər. Buna əsaslanaraq, deyə bilərəm ki, İran Hörmüz körfəzini bağlasa, özünü ayağından güllə ilə vurmuş olar".
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
39 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub





















