Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Pirallahı, Gürgən və Çilovda istirahət mərkəzləri inşa ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pirallahı, Gürgən və Çilovda istirahət mərkəzləri inşa ediləcək

Dərman - şprits istehsalı zavodunda və balıqyetişdirmə kompleksində tikinti işləri davam edir


 

Pirallahı Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

 

Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verib.

 

Vasif İmanov çıxışı zamanı qeyd etdi ki,  Pirallahı qəsəbəsi S. Vurğun küçəsində ümumi mənzillərin sayı 114 olan ikisi 6, biri 9 mərtəbəli olan  3 ədəd yeni yaşayış binasının inşası davam etdirilmişdir. Hazırda tikinti-quraşdırma işləri  davam etdirilir.

 

Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında son tamamlanma işləri aparılır, həmçinin Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binalarda tikinti işləri davam etdirilir.

 

S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış ərazi inşaat hasarına alınmış, inzibati mərkəzdə  YAP  Gənclər evinin inşasına başlanılmışdır.

 

Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında işlər tamamlanmaq üzrədir. 

 

Pirallahı  qəsəbəsi, 28-ci məhəllədə  yeni yanacaqdoldurma  məntəqəsinin  inşası  tamamlanmışdır.

 

Pirallahı qəsəbəsində «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir.

 

Heydər Əliyev mərkəzi  park  kompleksində işlər davam etdirilmişdir. Parkda  fəvvarənin quraşdırılması və giriş hissəsində sütunların ağlay daşı ilə üzlənməsi işləri  aparılır. Fəvvarənin mərkəzində metal konstruksiyadan dekorativ qayıq quraşdırılmışdır. Layihəyə uyğun olaraq inşa olunan kafenin dam örtüyünün vurulması işləri aparılmışdır. Parkda piyada  yollarının  tikintisi davam etdirilmiş və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılmışdır.

 

S. Vurğun küçəsində yerləşən idman meydançasında şaquli planlaşdırma və torpaq tökülərək kipləşdirmə işləri aparılmış, asfalt örtüyü vurulmuşdur.

 

Pirallahı qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 235 nömrəli orta məktəbdə təmir işlərinə başlanılmışdır. Hazırda məktəbin idman zalı, soyunub-geyinmə otaqları və digər otaqların təmiri aparılır. Həmçinin həyətdə yerləşən futbol meydançasının da təmirinə başlanılmışdır. Məktəb hasarının divarlarında suvaq işləri yerinə yetirilmiş, dəmir barmaqlıqlar parlaq qara rəng ilə rənglənmiş, xarici fasad sulu emulsiya ilə boyanmış, daxili divar isə əhəng məhlulu ilə ağardılmış, həyətdə mövcud asfalt örtüyü bərpa olunmuş, səki bardürləri quraşdırılmış və digər abadlıq işləri yerinə yetirilmişdir. Hazırda işlər davam etdirilir. Bundan əlavə idman zalının zəruri müasir tipli idman avadanlıqları ilə təchiz olunması nəzərdə tutulmuşdur.

 

Daha sonra Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov qeyd etdi ki,   qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. 

 

Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında “Hayat Pharm” və “Caspian Pharmed” dərman preparatları, eləcə də şprits istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir.

 

Pirallahı rayonun Səməd Vurğun küçəsində sənaye zonası adlanan ərazidə ayrılmış 0.80 ha sahədə məhsuldarlığı 50 ton/saat olan ДС - 158 markalı Asfalt-beton zavodunun quraşdırılması işləri tamamlanmış və istismara verilmişdir.

 

“Nərəkənd”  balıqyetişdirmə kompleksində  qapalı tipli fermalarının tikinti-quraşdırma işləri davam etdirilmişdir. Metal konstruksiyaların quraşdırılması işləri  aparılmışdır. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Kompleksin ümumi sahəsi 2,86 ha, fermanın tikinti sahəsi 6560 m2, illik istehsal gücü 75 ton rus nərəsi, 25 ton çökənin əti və 4 ton kürü nəzərdə tutulmuşdur. Bundan əlavə sahil boyu və körpü ətrafında dəniz akvatoriyasının təmizlənməsi və genişləndirilməsi işləri aparılmışdır.

 

Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov qeyd etdi ki, hesabat dövrü 2500-ə qədər zeytun ağacı əkilmiş, yaşıllıqların  nəzarətdə saxlanılması,  torpaq sahələrinin şumlanması işləri aparılmışdır.

 

Turizmin inkişaf perspektivlərinə toxunan natiq qeyd etdi ki, Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşunaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən, yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranmışdır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Sonra V.İmanov vurğulamışdır ki, planlaşdırılan işlər sırasında Gənclər evinin tikintisi, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması və həmin mərkəzdə istirahət obyektlərinin inşası, 14 saylı Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikintisi, Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və idman meydançalarının yaradılması, alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulmasının davam etdirilməsi, Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması, əhalinin 24 saat fasiləsiz su ilə tam təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır.

13.07.2018 11:53

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ