Bakıda 100%, regionlarda 80% bərpa olunub
“Elektrik enerjisinin təchizatı ilə bağlı görülən işlər operativ şəkildə davam etdirilir”.
Bunu açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.
Onun sözlərinə görə, hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 80%-dir. “Yaxın müddət ərzində regionlarda elektrik enerjisinin bərpasını 100 faizə çatdıracağıq,” – deyə Yəhya Babanlı bildirib.
“Azərenerji” rəsmisi ölkə ərazisində elektrik enerjisinin bərpasında yaranan fasilənin baş vermə səbəblərinə də aydınlıq gətirib: “Bu kimi halın bir daha təkrar olunması ehtimalı yoxdur. Bu forsmajor bir hal idi. Havaların kəskin isti keçməsi ilə əlaqədar bizim stansiyaların soyutma sisteminin gücü çatmayıb. Bundan sonra da havalar kəskin isti keçəcəyi təqdirdə belə elektrik enerjisində fasilə olmayacaq. Soyutma sistemini daha da gücləndirəcəyik. Əlavə qurğular qoşulacaq. Yaxın günlərdə havaların isti keçməsi ilə bağlı qayğılanmağa dəyməz. Ekstremal hallar qaçılmazdır, lakin bu kimi qəzanın bir daha baş verməsi gözlənilmir, sistem dayanıqlıdır”.
Qeyd edək ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayışla əlaqədar ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)








.jpg)







