Azərbaycanda neft hasilatı 1,2 faiz artdı
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-may aylarında 19,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,6 faiz artmış, neft sektorunda isə 0,3 faiz azalmışdır.
Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 22,0 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 1,2 faiz artmış, əmtəəlik qaz hasilatı isə 8,2 faiz azalmışdır.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 16,1 dəfə, tütün məmulatlarının istehsalı 2,6 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 2,0 dəfə, mebel istehsalı 96,8 faiz, elektrik avadanlıqlarının istehsalı 96,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 95,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz, tikinti materiallarının istehsalı 40,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 18,4 faiz, geyim istehsalı 11,4 faiz, əczaçılıq məhsullarının istehsalı 3,7 faiz artmış, kimya sənayesi məhsullarının istehsalı 0,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,9 faiz, içkilərin istehsalı 4,5 faiz, qida məhsullarının istehsalı 5,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 faiz, maşın və avadanlıqların istehsalı 9,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,5 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




