Bank "Xətai" şöbəsini istifadəyə verdi
Bu il 25 illik yubileyini qeyd edən “Rabitəbank” 25 illik tədbirlər planı çərçivəsində və müştərilərin rahatlığının təmin olunması və daha da geniş auditoriyaya xidmətin göstərilməsi məqsədi ilə yeni, sayca 25-ci satış nöqtəsini müştərilərin ixtiyarına verib.
Bankın yaydığı məlumata görə, müasir avadanlıqlarla və yeni üslubda tərtib edilən xidmət şöbəsi korporativ standartlara uyğun olaraq müştərilərin istifadəsinə verilib.
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 “Dəmirçi Plaza”-da yerləşən Xətai şöbəsi fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Şöbə müştərilərə əmanətlər, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və plastik kartlar xidmətlərini təklif edir.
Yeni Xətai şöbəsinin açılışında çıxış edən Rabitəbankın İdarə Heyətinin Sədri Elçin Qədimov qonaqları salamlayaraq şöbənin gələcək fəaliyyətində uğurlar arzuladı:
“Şöbəmiz həm Biznes mərkəzdə yerləşən şirkətlərə, həmçinin mərkəzin qonaqlarına bütün növ bank xidmətlərini teqdim edəcək. Bugünkü tədbir bizim üçün digər bir səbəbdəndə önəmlidir. Rabitabank bu il öz 25 illik yubileyini qeyd edir. Və bu gün sizinlə birlikdə açdığımız şöbə bankımızın 25-ci satış nöqtəsidir! Bu xoş təssadüf şöbəmizin fəaliyyətinin uğurlu olacağına inanmağa əsas verir! 1993-cü ildə yaranan bankımız 25 il ərzində ölkənin ən etibarlı banklarından birinə və həcm olaraq fəaliyyət göstərən ən böyük banklar sırasına daxil olmuşdur! Hal hazırda 700-dən çox əməkdaşımız 15 regionda və Bakı şəhərində Baş ofisimiz, 8 filialımiz fəaliyyət göstərir. Mən fürsətdən istifadə edib Maliyyə Bazarlarına Nəzarət Palatasına və “Dəmirci” Plazanın rəhbərliyini şöbənin acılışında göstərdiyi səylərə görə təşəkkür etmek istəyirəm. Burada nümayəndələri iştirak edən plazanın sakinlərinə sizə yaxşı gonşu olacağımızı və daima xidmətinizdə olacağımızı söz verirəm! Bizə tez tez gəlin! Bir daha təbrik edirəm ve şöbənin acılışında iştirak edən hər bir kəsə bankımız adından təşəkkürümüzü bildirirəm! Şöbəmizə işində uğurlar arzu edirəm!”
Xətai Şöbəsi 12 iyun 2018-ci il tarixindən etibarən 09:00-dan 17:00-dək, müştərilərə xidmət göstərəcək.
Xatırladaq ki, Rabitəbank-ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında ən münasib tariflərlə hesablaşma - kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığının inkişafına xidmət edən biznes kreditləri ilə yanaşı riteyl kreditlərini, habelə dünyanın 190-dək ölkəsinə təcili pul köçürmələrini göstərmək olar.
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 22 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 60-dan çox ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB bankın rəsmi “Facebook” səhifəsinə yönləndirə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 16 d. əvvəl
- 33 d. əvvəl
-
-
39 d. əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
43 d. əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
3 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Ən çox oxunanlar
Martın 28-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
























