Aktivlərindən ən yaxşı istifadə edən bankdır
Azərbaycanda fəaliyyət göstərən 30 bank 2018-ci ilin 1-ci rübünü 55,9 milyon manat xalis zərərlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 27 907,4 milyon manat məbləğində aktivlərin 0,2%-i qədərdir.
Bu, araşdırma nəticəsində məlum olub.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarını mənfəətlə başa vurmuş 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank Silk Vey" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 2,37%-ni təşkil edib. Baxmayaraq ki, "Bank Silk Vey" aktivlərinin məbləğinə görə, Azərbaycanda 13-cü bankdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Bank Avrasiya" ASC tutub. Bank ötən rüb aktivlərinin 1,99%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "Bank Avrasiya" aktivlərinin məbləğinə görə, 30 bank arasında 26-cı yerdə qərarlaşıb.
3-cü yerə isə 1,66%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC sahib olub. Baxmayaraq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə liderdir.
Mənfəətlə işləyən qalan 20 bankdan 1-də sözügedən göstərici 1-2% arasında, 19-da isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın rüblük mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 | Bank Silk Vey | 2,37% |
2 | Bank Avrasiya | 1,99% |
3 | Azərbaycan Beynəlxalq Bankı | 1,66% |
4 | AFB Bank | 1,11% |
5 | Unibank | 0,82% |
6 | İran Milli Bankı - Bakı | 0,77% |
7 | Zıraat Bank Azərbaycan | 0,76% |
8 | Kapital Bank | 0,70% |
9 | Günay Bank | 0,66% |
10 | Naxçıvan Bank | 0,57% |
11 | NBC Bank | 0,37% |
12 | Xalq Bank | 0,34% |
13 | Express Bank | 0,21% |
14 | Azərbaycan Sənaye Bankı | 0,19% |
15 | PAŞA Bank | 0,18% |
16 | Yapı Kredi Bank Azərbaycan | 0,16% |
17 | Pakistan Milli Bankı - Bakı | 0,12% |
18 | Bank BTB | 0,10% |
19 | Bank of Baku | 0,08% |
20 | Atabank | 0,06% |
21 | Azər-Türk Bank | 0,06% |
22 | Bank Respublika | 0,03% |
23 | Rabitəbank | 0,02% |
24 | Turan Bank | -0,04% |
25 | Nikoyl Bank | -0,06% |
26 | Muğan Bank | -0,37% |
27 | AGBank | -0,64% |
28 | Access Bank | -1,04% |
29 | Amrah Bank | -2,71% |
30 | Bank VTB Azərbaycan | -163,13% |
| Orta hesabla | -0,20% |
© Renkinq
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
23 d. əvvəl
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
- 32 d. əvvəl
- 36 d. əvvəl
-
59 d. əvvəl
Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı
-
1 saat əvvəl
PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BLUE CITY Uşaqların qayğısında!
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
Ən çox oxunanlar
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Rəsmi məzənnələr açıqlandı
























