ADA Universiteti Qlobal Şeyperlər Sammitinə ev sahibliyi edib
ADA Universiteti Dünya İqtisadi Forumunun Qlobal Şeyperlər Sammitinə ev sahibliyi edib.
İyunun 1-dən 3-dək ADA Universitetində Dünya İqtisadi Forumunun (Davos Forumu) gənclər platforması olan Qlobal Şeypersin (“Global Shapers”) Sumqayıt mərkəzi (Sumgait Hub) tərəfindən Avrasiya regionu üzrə 6-ci illik sammiti, “Şeyp Avrasiya 2018” tədbiri təşkil olunmuşdur.
Tədbir zamanı keçirilmiş diskussiyalarda əsas məqsəd şeyperlərə öz təcrübə və ideyalarını bölüşmək imkanı yaratmaq, perspektivdə regionun inişafına müsbət təsir göstərə biləcək əlaqələri və əməkdaşlığı möhkəmləndirmək olmuşdur.
Digər regionlar üzrə Tailandın Banqkok, Braziliyanın Sao Paulo, Cənubi Afrikanın Yohannesburq şəhərləri tədbirə ev sahibliyi etmək üçün seçiliblər.
Bakıdakı diskussiyalarda bu cəmiyyətin, dünya üzrə Ümumi Daxili Məhsulun 30 faizə qədərini istehsal edən 24 ölkədən olan, ən öncül nümayəndələri iştirakı etmişdir. Görüşdə təhsil islahatları, sahibkarlığın inkişafı və texnologiyalar, inkişafın regional strategiayalarındakı dəyişikliklər dövründə insan kapitalının aşkarlanması metodu kimi qadınların rolunun artırılması məsələləri müzakirə olunmuşdur.
Tədbir iştirakçılarına salamlayan ADA Universitetinin prorektroru Fariz İsmayılzadə universitetin yenilikçi qlobal liderlər yetişdirmək üzrə məqsədi barədə çıxış etmişdir. O, həmçinin tədbirin ilk paneli olan təhsil islahatları barədə müzakirə aparmışdır. Sumqayıt mərkəzinin kuratoru Əmir Quluzadə ADA Universitetinə və Təşkilat Komitəsinə sammitin keçirilməsinə verdiyi dəstək üçün təşəkkür etdi. Həmçinin, xarici iştirakçıların yerləşdirilməsi üçün Sapphire Hotels Group-a minnətdarlığını bildirdi.
SHAPE Eurasia 2018 diskussiya forumunun spikerləri arasında “LKI Consulting” kripto PR-şirkətinin qurucusu Laura İnameddinova, “Mandala Group” şirkətlər qrupunun həmtəsisçisi Ceyms da Kosta, “Storro BV” şirkətinin həmtəsisçisi və biznesin inkişafı üzrə baş mütəxəxsisi Yori Kamfius və bir çox başqaları var idi.
Konfrans çərçivəsində “BAKU EXPO 2025” layihəsi üzrə təqdim keçirən Rəna Abdullayeva, müasir dünyada insan kapitalının inkişafı ilə bağlı fikirlərini iştirakçılar ilə bölüşmüşdür.
Global Şeypers Cəmiyyətinin əsası 2011-ci ildə Davos forumu kimi tanınan Ümumdünya İqtisadi Forumunun yaradıcı olan professor Klaus Şvab tərəfindən qoyulub. Öz qabiliyyətini ictimai maraqların inkişafına yönəltmək istəyən istənilən peşə sahibləri bu cəmiyyətə üzv ola bilərlər. Qeyd edək ki, Sumqayıt mərkəzinin kuratoruna ötən ilin sentyabrında Professor Klaus Şvabla görüşərək fikir mübadiləsi aparmaq və regional trendləri, həmçinin gənclərin yüksək texnologiyalardan istifadə etməklə Azərbaycanda iqtisadi proseslərə müsbət təsir göstərmək imkanları barədə müzakirə aparmaq müyəssər olub.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
1 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























