SOCAR İstiqrazları ilə 24 milyon dollardan çox kredit verilib
SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi açıqlanıb
Azərbaycan qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi artıb.
SOCAR Capital şirkətindən "Marja"ya verilən məlumata görə, SOCAR İstiqrazları ilə REPO müqavilələrinin 2018-ci il üzrə sayı 23 çatıb. Bu müqavilələr əsasında istiqraz sahibi olan həm hüquqi həm fiziki şəxslərə aşağı faizlərlə 12 milyon dollardan çox kredit verilib. Nəticədə, qeyd olunan qiymətli kağız vasitə ilə götürülən kreditin məbləği ümumilikdə 24 milyon dolları keçib.
Xatırladaq ki, SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına 2017-ci ilin noyabr ayında başlanılıb və bu günə qədər 36 müqavilə bağlanılıb.Kreditlər əsasən 2 gündən 83 günə qədər illik 3,50-4,50 faiz arası götürülüb.
REPO əməliyyatı mexanizmi SOCAR İstiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq qısamüddətli və sərfəli şərtlərlə kredit imkanı verir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə REPO məbləğləri fərqlənir. SOCAR İstiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə «hair cut» (təminat əmsalı) cəmi 5% təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95%-i həcmində vəsait cəlb edə bilər.
REPO əməliyyatlarının istiqraz sahibləri üçün digər üstünlüyü pul vəsaitlərinin olduqca aşağı faizlərlə cəlb edilməsidir. Belə ki, illik 5% gəlirliyə malik olan SOCAR İstiqrazlarının sahibləri çox aşağı faizlərlə kreditlər götürür, onların faiz gəlirləri isə heç bir halda azalmır.
REPO əməliyyatları qiymətli kağızlar bazarında aparılan əsas əməliyyatlardan və kağız sahibləri üçün yaradılan mühüm imkanlardan biri sayılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























