Sabiq bank rəhbəri sığorta şirkətindən pay alıb
“Meqa Sığorta” ASC-nin səhmlərinin 9%-nə nəzarət edən Əli İsmayılov payını satıb.
Şirkətin maliyyə hesabatına görə, onun payını ötən il “Atabank” ASC ilə birləşmiş “Caspian Development Bank” ASC-nin Müşahidə Şurasının sədri Fərəh Məmmədova alıb.
Bununla yanaşı, “Meqa Sığorta”nın digər 2 səhmdarı – Zeynal Əliyev və Yaşar Qurbanov (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin səhmdarı) da paylarının bir hissəsini yeni investora satıblar. Son nəticədə 1-cinin şirkətdəki payı 19%-dən 10%-ə, 2-cinin şirkətdəki payı isə 15%-dən 14%-ə düşüb.
Beləliklə, F.Məmmədova “Meqa Sığorta”nın səhmlərinin 19%-nə sahib olub. Digər səhmdarlar – Rauf Əliyev (“Rabitəbank”ın 30%-lik səhmdarı), Nəzakət İsmayılova və Zaur Quliyev isə əvvəlki qaydada hər biri şirkətdə 19% paya malikdir.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır.
Bundan əvvəl şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsus idi.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























