1,6 milyon baş heyvanda peyvəndləmə aparlıb, vəziyyət sabitdir
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iti yoluxucu xəstəliklərə, o cümlədən iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, 2018-ci ilin 4 ayı ərzində nodulyar dermatit xəstəliyinə qarşı 1592054 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılmışdır.
"Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirin iyunun sonunda yekunlaşması nəzərdə tutulur. Respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dematit xəstəliyinə görə epizootik vəziyyət sabitdir",- məlumatda deyilir.
Nodulyar dermatit xəstəliyinin profilaktikası, diaqnostikası və ləğvi Nazirlər Kabinetinin 22 yanvar 2015-ci il tarixli 12 saylı qərarı ilə Nazirlər Kabinetinin 2006-cı il 07 mart tarixli 65 saylı qərarına edilmiş əlavəyə uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilir.
KLİNİKİ ƏLAMƏTLƏRİ
Xəstəliyin iti forması ilk dövrlərdə isitmə (bədən hərarəti 40°C qədər artır), iştahanın zəifləməsi, gözdən yaş axması, burunun selikli qişasından axıntılarla müşayiət olunur. Xəstəliyin 48 saatından sonra dəri üzərində 0,2-5 sm ölçüdə girdə formalı səpgilər əmələ gəlir. Dərialtı limfa vəziləri həcmcə böyüyür və aydın müşahidə olunur. Xəstə heyvanlar sürətlə arıqlayır, süd verən heyvanlarda isə süd vəzilərinin mastiti nəticəsində süd azalır. Nadir hallarda sinir pozğunluğu və aqressivlik baş verir. Bəzi inəklərdə balasalma halları qeyd olunur.
Virus qanla ağız boşluğunun, burunun, gözün, cinsiyyət yolunun selikli qişasına, tüpürcək, süd vəzilərinə, xayalara sirayət edir. Düyüncüklərin əmələ gəlməsi dərinin epitelial hüceyrələrinin giperplaziyası ilə müşayiət olunur.
Xəstəliyin ağır formasında uzun müddətli isitmə, iştahanın kəsilməsi, arıqlama baş verir. Bədən nahiyəsinin hər yerində və görünən selikli qişalarında düyünciiklər əmələ gəlir, xəstəliyin ağırlaşma dövründə traxeyanın, udlağın zədələnməsi və bronxopnevmoniyanm nəticəsində heyvanlarda asfiksiya müşahidə olunaraq ölüm baş verə bilər.
PROFİLAKTİKA VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ
Xəstələnmiş heyvanların 90%-i sağalır. Heyvanlar üçün xüsusi saxlanma və yemləmə şəraiti yaradılmalıdır. Xəstə heyvanlar təcrid olunur. Dezinfeksiya maddələri ilə duş qurğuları vasitəsi ilə heyvanları çimizdirmək lazımdır. Xəstəliklə mübarizə planına ölkə ərazisində peyvəndləmə tədbirləri aparılır. Hal-hazırda beynəlxalq təcrübədə heterogen (qoyun və keçi çiçəyi peyvəndi) və homogen (netling ştamı) peyvəndlərindən istifadə edilir. Azərbaycanda heterogen qoyun çiçəyi virusundan hazırlanmış peyvənd tətbiq olunur. Xəstəliyin yayılmasının qarşısını almaqdan ötəri, qansoran həşəratlara görə tədbirlər görülür. Onlar xəstəliyi həm sancmaqla, həm də mexaniki ötürə bilərlər.
XƏSTƏLİYİN MUALİCƏSİ
Xəstə heyvanlar təcrid olunur və simptomatik müalicə aparılır: ağrıkəsici və ürək-sinir sakitləşdirici dərman vasitələri tətbiq edilir, ikincili infeksiyalara qarşı antibiotiklər tətbiq olunur. Heyvanların ümumi durumunu və imuniteti gücləndirmək üçün köməkçi vasitələr istifadə olunur. Xəstəlikdən sağalmış heyvanlarda güclü immunitet yaranır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
-
17 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 20 d. əvvəl
- 33 d. əvvəl
- 36 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)











.jpg)









