Yerində 1 manata satılır
Son illər Göyçay rayonunda da kənd təsərrüfatının gəlirli sahələrindən olan sarımsaq əkininə maraq artıb.
Göyçay rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, bu il rayonun 35 kəndində 60 hektar sahədə sarımsaq əkilib. Bu da əvvəlki ildəkindən 25 hektar çoxdur. Sarımsaq əkini əsasən rayonun İnçə, Alxasafa, Dövranlı, Hacalıkənd, Məlikənd, Şıxbəy, Şıxəmir, Potu, Qaraməryəm, Çərəkə kəndlərində əkilib. Bu kəndlərdə demək olar ki, bütün təsərrüfat sahibləri öz həyətyanı ərazisində və pay torpağında sarımsaq əkini aparıb.
Fermerlər və fərdi təsərrüfat sahibləri sarımsağı ötən ilin sentyabr-oktyabr aylarında əkiblər. Sarımsaq əkini və yığımı əl əməyi ilə aparılır. Bitkiləri ziyanvericilərdən qorumaq üçün vaxtında dərmanlama işləri görülür. Təxminən 40-45 dərəcə şaxtaya davamlı olan sarımsaq yüksək məhsuldarlığı ilə fərqlənir. Rayonda sarımsağın əsasən Şirvan sortu becərilir. Bir çox xəstəliklərin dərmanı olan sarımsağın becərilməsi prosesi bu ilin mayınadək davam edib. Kəndlilər məhsuldarlıqdan razıdırlar.
Bu günlərdə sarımsaq yığımına başlanılıb. Mütəxəssislərin sözlərinə görə, sarımsağı yaxşı becərəndə və vaxtında suvaranda hər hektardan 15-20 ton məhsul götürmək mümkündür. Sakinlər öz həyətlərində bir kiloqram sarımsağı müştərilərə 1 manata satırlar. İş adamları kəndlilərdən aldıqları sarımsağı həyətlərdə qablaşdıraraq Rusiya, Ukrayna və Gürcüstan bazarlarına aparırlar.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
-
- 7 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Ən çox oxunanlar
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb






.jpg)









.jpg)







