İşdən çıxarılan nazir biznesə başladı - Zavod tikdirir
Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Salyan rayonunda 2 zavod inşa etdirdiyi bildirilir.
Məlumata görə, Hüseynqulu Bağırov rayonun Xıdırlı kəndində Zeytun Yağı Emalı zavodu və Quru meyvələr hazırlanması üçün müəssisə tikdirir.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Məsələ ilə bağlı açıqlama verən Salyan Rayonu Xıdırlı kənd icra nümayəndəsi Elçin Nəzirov keçmiş nazirin müəssisə tikdirməsini təsdiqləyib:
“Mən özüm də Hüseynqulu müəllimi görmüşəm. Özü işlərin gedişi və tikinti işləri ilə şəxsən maraqlanır. 2 zavod tikilib. Bunlar Zeytun yağı emalı və Meyvə qurusu zavodlarıdır. Hazırda Zeytun yağı emalı zavodunun inşası prosesi yekunlaşır. Təxminən iyun ayının əvvəli açılışı olmalıdır. 4 saylı yaşıllaşdırma idarəsinin saldığı zeytun ağaclarının meyvələrindən zavodda istifadə ediləcək. Həmin bu ekologiya idarəsinin əkdiyi ağacların zeytunları əvvəllər Hövsan qəsəbəsinə göndərilirdi. İndi bura veriləcək və burada zeytun yağı emal olunacaq”, - deyə E. Nəzirov bildirib.
Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov "Marja"ya bildirib ki, yayılan xəbər həqiqəti əks etdirmir: “Salyanda həqiqətən də hansısa bir zavod tikilirsə belə bunun mənə heç bir aiddiyyatı yoxdur. Bu barədə yayılan bütün xəbərlər yalandır. Vaxtı ilə mənim haqqımda oxşar xəbərlər yayılmışdı. Onlar da, təbii ki, yalan çıxdı.”
© Unikal.org
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























