“Veysəloğlu Qrup”un baş sponsorluğu ilə Məntiq Olimpiadası start götürüb
“Veysəloğlu Qrup”un baş sponsorluğu, Xəzər Universitetinin akademik tərəfdaşlığı, Kainat Tədris Mərkəzinin və ATGTİ-nin birgə layihəsi olan III Tələbələrarası Məntiq Olimpiadası start götürüb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan olimpiadanın ilk turunda ölkənin müxtəlif universitetlərinin tələbələri final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparıblar.
Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin inzibati binasında baş tutan Məntiq Olimpiadasının birinci mərhələsində ümumilikdə 3177 tələbə iştirak edib və final mərhələsinə 200 nəfər vəsiqə qazanıb.
Qeyd edək ki, Məntiq Olimpiadasının final mərhələsi mayın 13-də, mükafatlandırma mərasimi isə 24-də baş tutacaq. İlk 10 yeri tutan iştirakçılara “Veysəloğlu Qrup” tərəfindən qiymətli hədiyyələr və diplom təqdim olunacaq. Məntiq Olimpiadasının qalibinə isə əlavə olaraq Xəzər Universitetində iki illik ödənişsiz MBA təhsili almaq şansı qazanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
12 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
12 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















