Sahiblərinin pulunu "yeyərək" bazarda qalan banklar
2018-ci ilin 1-ci rübü üzrə maliyyə göstəriciləri göstərir ki, Azərbaycanın bir neçə bankının gəlirləri xərclərini ödəməyə kifayət etmir. Gəlir formalaşdırmaqda çətinik çəkən bu banklar kapitaldan "yeyərək" fəaliyyətlərini davam etdirirlər.
Məsələn, gəliri xərcini ödəməyən banklardan biri "Muğanbank", digəri isə "AG Bank"dır.
"Marja"nın məlumatına görə, bu gün "AG Bank"ın açıqladığı maliyyə hesabatlarından məlum olur ki, cari ilin yanvar-mart dövründə "AG Bank"ın cəmi gəlirləri 11 milyon 348 min manat, xərcləri isə 13 milyon 616 min manat təşkil edib. Nəticədə Bankın 2 milyon 268 min manat əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 952 min manat ayrıldığından "Ag Bank"ın zərəri 3 milyon 223 min manata qalxıb.
2017-ci ilin 1-ci rübündə “AG Bank”ın xalis zərəri 1 milyon 807 min manat təşkil etmişdi. “AG Bank” 2015-ci ili 88 milyon 386 min manat, 2016-cı ili 64,4 milyon manat, 2017-ci ili isə 6 milyon 688 min manat zərər ilə bağlamışdı.
Yaranan zərərlər Bankın 102 milyon 200 min manatlıq səhmar kapitalının "əriməsinə" səbəb olub. 31 Mart 2018-ci il tarixində "AG Bank"ın məcmu kapitalı 40 milyon 425 min manata düşüb. Səhmdar kapitalının 70 milyon 402 min manatını yığılmış zərər silib.
Banklara qarşı minimal kapital tələbi 50 milyon manatdır. Kredit portfelinin yarıdan çoxu problemli olan, müştərilərə verdiyi kreditlər azalan "AGBank"ın yığılmış zərəri bağlaması və məcmu kapitalını 50 milyon manatın üzərinə qaldırması üçün kapitalını artırması ya da digər banklara birləşməsi labüddür.
"AG Bank"ın müştərilərə verdiyi cəmi kreditlər 2017-ci ilin sonundakı 282 milyon 907 min manatdan 30 Mart 2018-ci il tarixində 278 milyon 797 min manata düşüb. Xalis kreditlər isə 240 milyon 423 min manatdan 236 milyon 484 min manata geriləyib. Müştərilərə verilmiş keditlərin 150 milyon 988 min manatının və ya 53%-nin ödəmə vaxtı keçib.
MUĞAN BANKDA DA OXŞAR VƏZİYYƏTDİR
"Muğan Bank" ASC də 2018-ci ilin 1-ci rübünü 1 milyon 824 min manat xalis zərər ilə başa vurub.Son rübdəki zərər ilə "Muğan Bank"ın yığılmış zərəri 19 milyon 334 min manata çatıb. "MuğanBank"ın da gəlirləri xərclərini ödəmir. Belə ki, 2018-ci ilin 1-cü rübündə Bankın 2 milyon 636 min manat əməliyyat gəlirləri 5 milyon 353 min manatlıq işçi heyətinin saxlanılması, ümumi administrativ və sair əməliyyat xərclərini bağlamağa kifayət etməyib. Nəticədə də, Bank öz kapitalından "yeyib". Bankın cəmi balans kapitalı 69 milyon 17 min manatdan 67 milyon 192 min manata, məcmu kapitalı isə 70 milyon 316 min manatdan 68 milyon 683 min manata düşüb. Ötən ilin sonunda, Bankın məcmu kapitalının qaldırılması üçün nizamnamə kapitalı 10 milyon manat artırılmışdı.
Əsas gəlir mənbəyi olan "MuğanBank"ın kredit portfeli də azalıb. 2017-ci ilin sonunda müştərilərə verilmiş kreditlər 349 milyon 71 min manat ikən, 31 Mart 2018-ci ildə 342 milyon 613 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat sonra
-
1 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
-
18 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
19 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
19 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 19 saat əvvəl
-
20 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif
Ən çox oxunanlar
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək





















