Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər
Prezident İlham Əliyev son müşavirədə Bakıda metro stansiyalarının tikintisinin sürətləndiriləcəyini və stansiyaların sayının artırılacağını bildirib.
Görüləcək işlərlə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev özəl olaraq bildirib ki, hazırda bir neçə metro stansiyasının tikintisi davam etdirilir: "Hazırda paytaxtın Ceyhun Səlimov küçəsindəki "Bənövşəyi xətt" üzrə şərti adı "B3" olan metro stansiyası, "Xocahəsən" Elektrik Deposu, "Avtovağzal" stansiyasından "Xocahəsən" Elektrik Deposuna gedən tunel və "Həzi Aslanov-2" stansiyasında tikinti işləri davam etdirilir. Bu stansiyalardan ən birinci "B3" stansiyası istifadəyə veriləcək. Stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq".
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, stansiyanın bu il istifadəyə verilməsi gözlənilmir: "Ən birinci açacağımız "B3" metro stansiyasının bu il istifadəyə verilməsi gözlənilmir. Əgər işlər qaydasında davam edərsə, stansiya gələn il istifadəyə verilə bilər".
Qeyd edək ki, Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.
©Trend
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 25 d. əvvəl
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
3 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb

























