Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neft, Macronun yeni açıqlaması ilə bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, Macronun yeni açıqlaması ilə bahalaşıb

Fransa Prezidenti Emmanuel Macron, ABŞ-a yeni İran müqaviləsi təklifindən bir gün sonra verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən çıxacağı proqnozunu verib. Macron-un bu açıqlaması ilə neft qiymətləri yenidən yüksəlməyə başlayıb.
 
Macron bildirib ki, müqavilədə yer alan digər beş ölkə ABŞ-ın çıxmasını dəstəkləmir. Onun sözlərinə görə, ABŞ-ın müqavilədən çıxması ilə gərginlik və qeyri-müəyyənlik artacaqdır. OPEC-in üzvü olan İran, müqavilədən sonra götürülən sanksiyaların ardından gündə təxminən daha 1 milyon barrel neft istehsal edir.

 

Fransa Prezidenti Emmanuel Macron ABŞ-a İranla nüvə müqaviləsi məsələsində yeni bir müzakirə təklif etmişdi. Yeni müzakirələr olarsa və müsbət nəticələnərsə İrana sanksiyalar tətbiq edilməyəcəkdir. Belə vəziyyətdə OPEC-in aparıcı üzvlərindən biri olan İranın neft təklifi azalmayacaqdır.  Bu narahatlığın azalması ilə neft qiymətləri ötən gün düşmüşdü. Görünən budur ki, ABŞ Fransanın təklifini qəbul etmir.

 
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşları bazarı tarazlığa gətirmək və qiymətləri dəstəkləmək üçün istehsallarını azaldırlar. Bu müqavilənin köməyi ilə də neft qiymətləri yüksəlib. Ancaq hazırda ABŞ-da rekord səviyyəyə çıxan xam neft hasilatı qlobal neft təklifi çoxluğunu aradan qaldırılmasına yönəlmiş səylərə mənfi təsir göstərə bilər. ABŞ-da açıqlanan rəsmi məlumatlara görə, xam neft ehtiyatları ötən həftə gözlənilməz bir şəkildə artıb.


Analitiklər bildirirlər ki, 12 Maydakı son tarix yaxınlaşdıqca, nüvə müqaviləsinə dair qeyri-müəyyənlik neft qiymətlərini dəstəkləyir. ABŞ-ın neft ehtiyatlarındakı gözlənilməz artıma baxmayaraq, investorlar ABŞ-ın İran müqaviləsinə dair qərarı məsələsində daha çox narahatlıq keçirir
 
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) 38 sent yüksələrək bareli 68.43 dollara, Brent nefti 41 sent və ya 0.6 faiz yüksələrək bareli  74.41 dollara qalxıb.

26.04.2018 06:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ