İcraçı direktor cərimələnəcək, həbs ediləcək, vəzifəsindən kənarlaşdırılacaq - YENİ TƏLƏBLƏR
Azərbaycanda rəhbərlik etdiyi şirkəti zərərə salan, səhmdarlara zərər vuran və digər pozuntulara yol verən şirkət, müəssisə və təşkilat rəhbərlərini xoşagəlmək yeniliklər gözləyir.
Kiçik investorların hüquqlarının qorunması üçün qanunvericiliyə yeni dəyişikliklərin edilməsi planlaşdırılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Bundan başqa, dəyişikliklərdə şirkətlərin alqı-satqısı zamanı fırıldaq və qəsdən aşağı qiymətə satma, qiymət manipulyasiyalarının qarşısının alınması ilə bağlı da ciddi yeniliklər nəzərdə tutulur.
Xatırladaq ki, indiyədək aparılan dəyişikliklər nəticəsində kiçik səhmdarların hüquqlarının qorunması və manipulyasiyaların qarşısının alınması ilə bağlı bəzi yeniliklər edilib.
Bunlar aşağıdakılardır:
- səhmdarların təmin olunmuş iddialarına görə icraçı direktor cərimələnə, həbs edilə yaxud vəzifəsindən kənarlaşdırıla bilər.
- səhmdarın müvəffəqiyyətli iddiası nəticəsində məhkəmə əməliyyatı (əqdi) ləğv edə bilər.
- məhdud məsuliyyətli cəmiyyətin (MMC) aktivlərinin 51 faizinin satıldığı zaman cəmiyyətin iştirakçılarının razılığı tələb olunur.
- səhmdar cəmiyyətinin iştirakçısı payını satdığı halda ilk öncə mövcud iştirakçılara təklif etməlidir.
- səhmdar cəmiyyətinin 50 faiz iştirak payını alan potensial alıcı tərəfindən digər səhmdarlara təklif edilməlidir.
- Məhdud məsuliyyətli cəmiyyətin mənfəəti qanunla müəyyən olunmuş vaxt aralığında bölüşdürülməlidir.
- İştirak payının 5 faizini təşkil edən səhmdar cəmiyyətinin iştirakçıları gündəliyə yeni müzakirə mövzularını əlavə edə bilərlər.
Yaxın vaxtlarda isə qanunvericiliyə daha yeni əlavələr ediləcək. Bunlar aşağıdakılardır:
- Səhmdarlar həyata keçirilən əməliyyatlar nəticəsində alıcıya vurulan zərərə görə marağı olan direktoru məsuliyyətə cəlb edə bilərlər.
- Səhmdarlar həyata keçirilən əməliyyatlar nəticəsində alıcıya vurulan zərərə görə digər direktorları məsuliyyətə cəlb edə bilərlər.
- İcraçı direktor səhmdarların təmin olunmuş iddialarına görə cərimələnə, həbs edilə, yaxud vəzifəsindən kənarlaşdırıla bilər.
- Səhmdarın müvəffəqiyyətli iddiası nəticəsində məhkəmə əməliyyatını (əqdi) ləğv edə bilərlər.
- Menecerlərə verilən ödənişlər açıqlanmalıdır.
- Səhmdar cəmiyyətinin iştirakçısı payını satdığı halda ilk öncə mövcud iştirakçılara təklif etməlidir.
- Səhmdar cəmiyyətinin 50 faiz iştirak payını alan potensial alıcı tərəfindən digər səhmdarlara tender elan etməlidir.
- Cəmiyyətin direktorlar şurası yalnız direktorlar şurasının üzvlərindən ibarət audit komitəsini ehtiva etməlidir.
Yeni təsbit olunacaq hüquqlar | Qanunlara ediləcək dəyişikliklər |
| Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsində dəyişiklik edilərək, yeni redaksiya ilə verilməsinin təmin edilməsi: |
| |
|
Yeni təsbit olunacaq hüquqlar | Qanunlara ediləcək dəyişikliklər |
| Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.6-cı maddəsinə aşağıdakı yeni cümlənin əlavə edilməsi: “339.6. Bu Məcəllənin 339.1 – 339. 4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər”. |
| Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-ci maddəsində 99.2.8-ci bəndinə əlavənin edilməsi və yeni redaksiya ilə aşağıdakı kimi verilməsi təmin edilir: 99.2. Açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını, habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: 99.2.8. idarəetmə orqanlarının “hər bir üzvünə” verilən ödənişlər. |
Yeni təsbit olunacaq hüquqlar | Qanunlara ediləcək dəyişikliklər |
| Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93.3-cü maddəsinə aşağıdakı cümlənin əlavə edilməsi: “Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir” |
| Azərbaycan Respublikası Mülki Məcəlləsinin 104.2-ci maddəsi yeni redaksiyada verilsin: cəmiyyətin səhminin 50% və daha çox hissəsini satın almaq istəyən şəxs (alıcı) “bütün” səhmdarlara müvafiq təklif təqdim etməlidir. |
| Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91-4.3-cü maddəsinin aşağıdakı kimi yeni redaksiya ilə verilməsi: “91-4.3. Cəmiyyətin icra orqanının üzvləri və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər." Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-7.2-ci maddəsində aşağıdakı məzmunda ikinci cümlənin əlavə edilməsi: “Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri üçün sayı və onlara dair tələblər qanunla da müəyyən edilə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-12.3-cü maddəsinin aşağıdakı kimi yeni redaksiya ilə verilməsi: Cəmiyyətin icra orqanının üzvləri və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər." |
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 28 d. əvvəl
-
-
31 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
53 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















