Şirkətlər əlverişli şərtlərlə maliyyə cəlb edə bilərlər
LİSTİNQ MƏSLƏHƏT PROQRAMI
Məqsədlər
Proqramın əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətləri korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi, maliyyə şəffaflığının təmin edilməsi, hesabatlılığın təşviqi, kapital bazarının üstünlükləri və buradan vəsait cəlb etməyin yolları barədə məlumatlandırmaqdan və bununla da həmin şirkətlərin kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir
Listinq Məsləhət Proqramının işləmə mexanizmi
Proqrama qoşulan şirkətlər üçün 3 qrup tərəfdaş olacaqdır. Birinci qrup tərəfindən Bakı Fond Birjası, digər qrup qismində İnvestorlar və son qrup qismində isə məsləhətçi peşəkar şirkətlər çıxış edəcəkdir.İnvestor dedikdə müxtəlif təşkilatlar və fiziki şəxslər nəzərdə tutulur. Məsləhətçi qismində çıxış edəcək peşəkarlar dedikdə isə auditorların, investisiya şirkətlərinin, hüquq, PR və investorlarla əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ÖDƏNİŞSİZ əsaslarla dəstəyi nəzərdə tutulur.
Nəticələr
Proqramın sonunda siz:
Kapital bazarlarının işləmə mexanizmini, stratejik maliyyələşmə yollarını və bunlardan hansının sizə ən uyğun olduğunu müəyyənləşdirmiş olacaqsınız. Maliyyələşmə/İPO prosesini və bu prosesdə tərəflərin rollarını başa düşəcəksiniz.
Öz kapitalınızı artırmış və investorlara satış etmiş olacaqsınız.
Kütləvi şirkət olmağın tələblərini öyrənmiş olacaq və müsbət investor əlaqələri quracaqsınız.
Yeni investor və ekspert şəbəkəsinə sahib olacaqsınız.
LİSTİNQ MƏSLƏHƏT PROQRAMI 3 MƏRHƏLƏDƏ
MƏRHƏLƏ 1
1-ci mərhələdə şirkətin investisiya edilməsinə hazırlıq dərəcəsi yoxlanılır. Bu məqsədlə ilkin olaraq proqrama qoşulmaq niyyətində olan şirkətdən müəyyən sənədlər toplusu istənilir :
Biznes plan, şirkətin rəhbərliyi tərəfindən verilən bəyanat, şirkətin idarəetmə strukturu, vergi bəyannaməsi, maliyyə hesabatları. Daha sonra isə təqdim edilən sənədlər toplusu əsasında Bakı Fond Birjası tərəfindən şirkətin genişlənmə strategiyası yoxlanılır və biznes planı ilə tanış olunur. Növbəti addım olaraq isə şirkətin idarəetmə strukturu, maliyyə modeli və hesabatlılığı, şirkətin hüquqi məsələlər üzrə mövqeyi araşdırılaraq BFB tərəfindən ilkin qiymətləndirmə aparılır. Sonda isə müraciəti uğurlu qiymətləndirilən şirkət Listinq Məsləhət Proqramına üzv olaraq qəbul edilir və BFB ilə şirkət arasında ikitərəfli müqavilə imzalanır
MƏRHƏLƏ 2
2-ci mərhələdə emitentin məsləhətçi peşəkar şirkətlər tərəfindən qiymətləndirilərək emissiyaya hazırlıq dərəcəsi yoxlanılır :
2-ci mərhələdə ilkin olaraq şirkət LMP-yə tərəfdaş qrupunda qoşulmuş məsləhətçi peşəkar şirkətlər tərəfindən uyğun sahələr üzrə qiymətləndirilir və şirkət kapital bazarları vasitəsilə mümkün ola biləcək ən uyğun maliyyələşmə yolunu təyin
Növbəti addımda tərəfdaş şirkətlər tərəfindən edilən qiymətləndirmə yekununda İPO/maliyyələşmə prosesi üçün aşkar edilən “çatışmazlıqlar siyahısı” hazırlanır. 2-ci mərhələnin sonunda bu çatışmazlıqların həllinə istiqamətlənmiş yol xəritəsi hazırlanaraq emitentə təqdim edilir. Emitent tərəfindən təsdiq edildikdən sonra şirkət yol xəritəsi üzrə çatışmazlıqlar siyahısında qeyd edilən problemlərin həlli istiqamətində işlərə başlayır və instutisional investor panelinə öz ilkin təqdimatını edir.
MƏRHƏLƏ 3
3-cü mərhələdə şirkətin listinqə qəbulu başladılır və real ticarəti təşkil edilir.
3-cü və sonuncu mərhələdə İPO/maliyyələşmə prosesi başladılır.
Maliyyə Bazarlarına Nəzarət Palatasına emissiyanın təsdiq edilməsi üçün müraciət etdikdən sonra listinq prosesi başladılır və şirkət listinqə qəbul edilir. Növbəti olaraq “Roud Şou”-lar təşkil olunur və səhm yaxud istiqrazlara investorlar tərəfindən göstərilən maraq ölçülür. Ən sonda isə qiymətli kağızların real ticarəti təşkil edilir və başlanılır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)








.jpg)

