"Filialsız banka çevrilmək istəyirik"
"PAŞA Bank" ASC filialsız banka çevrilmək niyyətindədir.
Bu barədə Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Bakıda keçirilən "I MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı"da bildirib.
"Alternativ rəqəmsal əməliyyatlar hesabına müştərilərlə aparılan əməliyyatların ümumi əməliyyatlarda 90% paya malik olmasını istəyirik. Müştəri ilə münasibətlərdə rəqəmsallaşmanın xüsusi önəmi var", - deyə o, qeyd edib.
“Biz artıq “İBM” şirkəti ilə rəqəmsal laboratoriya yaratmışıq. Artıq yerli işçilərdən ibarət işçi heyəti yaratmışıq ki, bu layihəni həyata keçirək. Mənə görə korporativ bankçılıqda müştəri ilə yaradılan münasibətlər daha önəmlidir. Müştəri ilə münasibətləri rəqəmsallaşdırırsınızsa, deməli hər bir müştəri ilə fərdi münasibət qurursunuz. Burada müştərinin korporativ və ya fərdi müştəri olmasının fərqi yoxdur. Deyə bilmərəm ki, 2020-ci ildə biz tamamilə rəqəmsal bank olacağıq. Hər halda bu istiqamətdə fəaliyyətimizi genişləndiririk. Mənə görə rəqəmsallaşma yalnız avtomatlaşma və sürətlənmə deyil, həm də müştərilərlə münasibətləri möhkəmləndirməkdir,” – deyə T. Kazımov bildirib.
© Report, APA
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
-
25 d. əvvəl
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
- 34 d. əvvəl
- 38 d. əvvəl
-
1 saat əvvəl
Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı
-
1 saat əvvəl
PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BLUE CITY Uşaqların qayğısında!
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
Ən çox oxunanlar
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Rəsmi məzənnələr açıqlandı
























