"Gədəbəy"dən qızıl hasilatı artıb
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu ilin yanvar-mart aylarında "Gədəbəy" yatağında istehsal etdiyi qızılın həcmini ötən ilin eyni dövrü ilə müqayisədə 26% artırıb.
Bu barədə şirkətin rüblük hesabatında bildirilir.
Hesabata əsasən, "Anglo-Asian Mining Plc." 2018-ci ilin I rübü ərzində 18 307 unsiya qızıl hasil edib. Bu rəqəm 2017-ci ilin I rübündə 14 577 unsiya olub.
Şirkət hasilatla yanaşı satış həcmini də artırıb. Belə ki, hesabat dövründə "Anglo-Asian Mining Plc." 14 956 unsiya qızıl külçə satıb. Şirkət hər unsiyanı 1 328 ABŞ dollarından realizə edib. Bu rəqəmlər 1 il bundan əvvəl 8 283 unsiya və 1 220 dollar olub.
Əvəzində "Anglo-Asian Mining Plc." mis istehsalını və ixracını azaldıb. Belə ki, bu ilin ilk 3 ayında şirkət 255 ton mis hasil edib. Halbuki, bu rəqəm ötən ilin eyni dövründə 606 ton olub. Bundan başqa, əgər Anglo-Asian Mining Plc." 1 il bundan əvvəl xaricə 4,2 mln. dollar dəyərində 2 230 ton mis satmışdısa, hesabat dövründə bu göstərici 1,7 mln. dollar dəyərində 608 ton mis olub.
Şirkət gümüş istehsalını isə 39 369 unsiyadan 40 583 unsiyaya qaldırıb.
Bundan başqa, yanvar-mart aylarında "Anglo-Asian Mining Plc." borclarını 43% azaldaraq 18,3 mln. dollardan 10,4 mln. dollara endirib. Şirkətin baş icraçı direktoru (CEO) Reza Vaziri bildirib ki, yanvar-mart aylarında hava şəraiti sərt olsa da, uğurlu dövr olub: "Mən məlumat verməyə çox şadam ki, 2018-ci ilin I rübündə borclarımız 7,9 mln. dollar azalıb. Bu rəqəm 2017-ci ilin martında 33,1 mln. dollar olub”.
Qeyd edək ki, son vaxtlar R.Vaziri şirkətdəki payını 5,4% artıraraq 42,18%-ə çatdırıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























