Notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
12 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət qeydiyyat №-si | 50101467S |
Hərraca çıxarılan həcm | 200 000 000 AZN |
Notun nominal dəyəri | 100 АZN |
Notların tədavül müddəti | 28 gün |
Ödəmə tarixi | 10.05.2018 |
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 saat əvvəl
"EKOLİZİNQ"in dollar istiqrazları Birjada listinqə daxil edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan bankının Türkiyədəki törəməsinin Bakıda istiqrazları yerləşdiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Lombard şirkətinin istiqrazlarına 1 investor tərəfindən 1 sifariş təqdim edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır - ANLAŞMA
-
5 saat əvvəl
“Trendyol”dan qiymətlərinin 2 dəfəyə qədər artması ilə əlaqədar açıqlama