Hökumət Azərbaycan Beynəlxalq Bankına dəstəyini davam etdirir
Azərbaycan Beynəlxalq Bankı investorlar üçün press-reliz yayıb.
Press-relizdə Bankın əsas səhmdarı olan Azərbaycan hökumətinin 2015-2016-cı illər ərzində milli valyutanın devalvasiyaya uğraması nəticəsində Bankın üzləşdiyi problemlərin həlli məqsədilə ABB-ə verdiyi dəstəkdən söhbət açılır. Qeyd edilir ki, hökumətin dəstək tədbirləri Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanı çərçivəsində Bankın problemli aktivlərinin dövlət qurumu və ABB-nin səhmdarlarından olan “Aqrarkredit” QSC-ə ötürülməsi və bunun müqabilində Banka 10 milyard manat likvid vəsaitin ayrılması, hökumətin ABB-nin səhmlərində iştirak payını artırması hesabına Bankın nizamnamə kapitalının yüksəldilməsi, eləcə də Azərbaycan Dövlət Neft Fondunun Bankda 1 milyard ABŞ dolları məbləğində depozit yerləşdirməsi kimi üç istiqaməti əhatə edir.
Hökumət dəstəyinin əsas məqsədi ABB-nin kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılmasından ibarət olsa da, bu prosesin təsirlərindən biri problemli aktivlərin Aqrarkreditə ötürülməsi ilə ABB-nin valyuta mövqeyinin açılması və bunun nəticəsində manatın son devalvasiyalarının ABB-nin maliyyə mövqeyinə təsir göstərməsidir. Bu təsirlərin aradan qaldırılması və Bankın maliyyə mövqelərinin gücləndirilməsi üçün ABB hazırda hökumət qurumları ilə sıx əməkdaşlıq şəraitində çalışır. Bu fəaliyyət nəticəsində ABB-nin 600 milyon manat dəyərində səhmlərinin əlavə emissiyası və Azərbaycan Maliyyə Nazirliyinin nizamnamə kapitalında iştirak payını artırması hesabına ABB-də dövlətə məxsus səhmlər 82,2%-dən, 91,3%-ə çatıb (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi - 76,7%, Aqrarkredit - 14,6%).
Hazırda hökumətin Azərbaycan Beynəlxalq Bankına gələcək dəstək tədbirləri üzərində iş gedir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli Fərmanında Maliyyə Sabitliyi Şurasına ABB-nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirlərin təsdiqlənərək icrası tapşırılmış, bunun üçün müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
ABB hazırda digər hökumət qurumları ilə birgə Bankın fəaliyyəti üzrə məsləhətçinin təyin edilməsi prosesini həyata keçirməkdədir. Məsləhətçi görülmüş sağlamlaşdırma tədbirlərinin ABB-nin fəaliyyətindəki təsirlərini qiymətləndirəcək və gələcək fəaliyyət üçün lazımi addımları müəyyənləşdirəcək.
Açıqlamada o da qeyd edilib ki, Azərbaycan Beynəlxalq Bankı Maliyyə Nazirliyi ilə sıx koordinasiya rejimində işləyir. İnvestorlar və kreditorlar Bankın fəaliyyətindəki yeniliklər haqqında mütəmadi məlumatlandırılacaq.
Ətraflı məlumat üçün: http://maliyye.gov.az/en/node/2013
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
21 d. əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
-
- 33 d. əvvəl
-
51 d. əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
3 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
3 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
İyunun 6-da gözlənilən hava şəraiti
Dəmir zavodu layihəsilə bağlı növbəti sənədlər imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
















.jpg)





